Qaynar xətt:

(+99450) 247 90 86

Şirvanda 11 yaşlı uşağı avtomobil vurdu

CƏMİYYƏT

207

10.09.2024, 10:00

Şirvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu24.com xəbər verir ki, hadisə saat 9 radələrində Şirvan şəhəri Naxçıvani prospektində qeydə alınıb. Qəza zamanı xəsarət alan 11 yaşlı Əsgərov Savalan Ramal oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.