Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117694
az

Ermənistan Zəngəzur dəhlizinə nəzarəti bu qüvvələrə vermək istəyir

22:1509 Sentyabr, 2024
106
CƏMİYYƏT
  • A

​​​​​​​

Ermənistan Azərbaycandan Naxçıvana gedən yolda üçüncü tərəflərin nəzarətini istisna edir. Ermənistanla Azərbaycan arasında kommunikasiyalar açıldığı halda qatarların təhlükəsizliyi lisenziyalı özəl mühafizə şirkətləri tərəfindən təmin edilə bilər.

OXU24.COM xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

Mirzoyan bildirib ki, dəhlizin yaradılması və nəzarətin üçüncü tərəfə verilməsini nəzərdə tutan heç bir şey müzakirə edilmir.

“Yük və sərnişin qatarlarını müşayiət edəcək hansısa lisenziyalı mühafizə təşkilatını cəlb etmək olar. Söhbət bundan gedir. Lakin yol boyunca dövlət və ya özəl üçüncü tərəfin iştirakı yenə də Ermənistan üçün qəbuledilməzdir”, - Mirzoyan deyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycana da çatdı: qapanmalar olacaq?
Əhalinin NƏZƏRİNƏ: Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
Müdafiə naziri türkiyəli həmkarına başsağlığı verdi