Generala ağır itki
08 Sentyabr 2026, 09:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
408
09.09.2024, 12:21
Ölkə başçısının müvafiq sərəncamları ilə Mübariz Əhmədov və Toğrul Hüseynov ədliyyə nazirinin müavinləri təyin olunublar.
Oxu24.com xəbər verir ki, Mübariz Hüseyn oğlu Əhmədov 1980-ci ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2002-ci ildə magistr dərəcələrini fərqlənmə diplomları ilə bitirib.
2002-2005-ci illərdə Sumqayıt və Qazax hərbi prokurorluqlarında müstəntiq, 2005-2011-ci illərdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində, Hüquqi təminat şöbəsində, Dövlət ittihamının müdafiəsi üzrə idarədə prokuror və böyük prokuror vəzifələrində çalışıb. 2011-2015-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Müraciətlərə baxılması idarəsinin rəis müavini-Vətəndaşların qəbulu şöbəsinin rəisi vəzifəsində, 2015-2017-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorunun böyük köməkçisi, 2017-2020-ci illərdə Qusar rayon prokuroru vəzifələrində işləyib.
“Dövlət qulluğunda fərqlənməyə görə medalı”, eyni zamanda Baş Prokurorluğun, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin müvafiq medalları ilə təltif edilib. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür.
Toğrul Aydın oğlu Hüseynov 1986-cı ildə anadan olub. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə magistr təhsili alıb. Bununla yanaşı, Amerika Birləşmiş Ştatlarının Missuri Universitetində Dövlət idarəetməsi üzrə, eyni zamanda Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi üzrə magistr təhsili alıb.
Toğrul Hüseynov 2010-2016-cı illərdə Ədliyyə Nazirliyinin İcra xidmətində, Qanunvericilik baş idarəsində, 2016-2017-ci illərdə “Azərbaycan Dəmir Yolları” QSC-də, 2017-2024-cü illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində, Qanunvericilik və hüquq siyasəti şöbəsində və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyində baş məsləhətçi vəzifələrində çalışıb.
Son təyinata qədər Toğrul Hüseynov Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi vəzifəsində işləyib.


09:23 / 08 Sentyabr 2026
1
09:18 / 08 Sentyabr 2026
94
09:17 / 08 Sentyabr 2026
19
09:15 / 08 Sentyabr 2026
19
00:20 / 08 Sentyabr 2026
177
00:18 / 08 Sentyabr 2026
1230
00:08 / 08 Sentyabr 2026
198
23:59 / 07 Sentyabr 2026
79
23:36 / 07 Sentyabr 2026
251
23:26 / 07 Sentyabr 2026
71
23:22 / 07 Sentyabr 2026
2594
23:16 / 07 Sentyabr 2026
90
23:14 / 07 Sentyabr 2026
391
23:09 / 07 Sentyabr 2026
132
22:44 / 07 Sentyabr 2026
191
22:09 / 07 Sentyabr 2026
127
21:59 / 07 Sentyabr 2026
179
21:45 / 07 Sentyabr 2026
77
21:30 / 07 Sentyabr 2026
66
21:23 / 07 Sentyabr 2026
123
21:03 / 07 Sentyabr 2026
73
20:58 / 07 Sentyabr 2026
77
20:54 / 07 Sentyabr 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.