Qaynar xətt:

(+99450) 247 90 86

Ucarda 16 yaşlı qız qaçırıldı


Ucarda 16 yaşlı qız qaçırıldı

CƏMİYYƏT

263

07.09.2024, 23:40

Ucarda 16 yaşlı qız qaçırılıb.

 

OXU24.COM  xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə özünün "Facebook" hesabında paylaşım edib.

 

Bildirilib ki, Ucar rayonunun Bərgüşad kəndində 17 yaşlı yeniyetmə 16 yaşlı qızı qaçırıb.

 

Faktla bağlı Ucar Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində müvafiq araşdırmalar aparılır.

 

Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.