Qaynar xətt:

(+99450) 247 90 86

Təyyarəmiz Türkiyədəki yanğınlarla mübarizədə - VİDEO

Təyyarəmiz Türkiyədəki yanğınlarla mübarizədə - VİDEO

CƏMİYYƏT

248

07.09.2024, 09:22

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

Bu barədə OXU24.COM -a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təyyarə bu gün İzmir-Urla istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.