Kolleclərə qəbul dayandırılır? – Ekspertdən AÇIQLAMA
23 Noyabr 2026, 21:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
325
07.09.2024, 09:33
Copernicus peyk izləmə sisteminin açıqladığı məlumatlara görə, Yer kürəsi 2024-cü ildə ən isti yayı yaşayıb.
OXU24.COM xəbər verir ki, Copernicus İqlim Dəyişikliyi Xidmətinin direktor müavini Samantha Burqess deyib:
"İstixana qazlarının emissiyalarını azaltmaq üçün təcili tədbirlər görməsək, bu yay şahidi olduğumuz istiliklə bağlı ekstremal hadisələr insanlar və planet üçün daha dağıdıcı nəticələrə səbəb olacaq".
Avropa Birliyinin (AB) Copernicus peyk izləmə sistemi 2024-cü ilin yayının dünyada "ən isti yay" olaraq qeydə alındığını açıqlayıb.
Copernicusdan verilən açıqlamaya görə, 2024-cü ilin avqust ayı 1991-2020-ci illərin orta göstəricisindən 0,71 dərəcə yuxarı qalxaraq dünyanın ən isti avqustu olub.
2024-cü ilin iyun-avqust aylarında dünya üzrə ölçülən temperatur 1991-2020-ci illərin orta göstəricisini 0,69 dərəcə, 2023-cü ilin iyun-avqust aylarındakı rekordu isə 0,66 dərəcə ötüb.
Beləliklə, bu yay qlobal miqyasda "ən isti yay" kimi xarakterizə edilib.
2024-cü il həm də 1991-2020-ci illərin orta göstəricisini 1,54 dərəcə, 2022-ci ildəki əvvəlki rekordu isə 1,34 dərəcə üstələyərək Avropa üçün "ən isti yay" olub.
Avropa və digər bölgələr
Bu yay Avropada temperatur cənub və şərqdə orta səviyyədən yuxarı, lakin İrlandiya və İngiltərənin şimal-qərbində, İslandiyada, Portuqaliyanın qərb sahilində və Norveçin cənubunda orta səviyyədən aşağı olub.
Avropadan kənarda Antarktidanın şərqində, Texasda, Meksikada, Kanadada, Afrikanın şimal-şərqində, İranda, Çində, Yaponiyada və Avstraliyada temperatur orta səviyyədən yuxarı qeydə alınıb.
Rusiyanın şərqində və Alyaskada, ABŞ-ın şərqində, Cənubi Amerikanın cənubunda, Pakistanda və Sahel bölgəsində temperatur orta səviyyədən aşağı qeydə alınıb.
2024-cü ilin yayı Avropanın qərbində və şimalında orta səviyyədən daha rütubətli olub, Aralıq dənizi regionunun böyük hissəsi və Şərqi Avropa isə mövsüm boyu orta şəraitdən daha quru olub.
"Bu daha dağıdıcı nəticələr verəcək"
Hesabatda Copernicus İqlim Dəyişikliyi Xidmətinin (C3S) direktor müavini Samanta Burqessin aşağıdakı ifadələri yer alır:
"Son üç ayda dünyada ən isti iyun və avqust, rekord tarixlərin ən isti günü və ən isti yayı yaşanıb. Bu rekord temperatur silsiləsi 2024-cü ilin ən isti il olacağı ehtimalını artırır. Bu yay istixana qazlarının tullantılarını azaltmaq üçün təcili tədbirlər görməsək, şahid olduğumuz istiliklə bağlı ekstremal hadisələrin insanlar və planet üçün daha dağıdıcı nəticələri olacaq".
21:35 / 23 Noyabr 2026
1
21:27 / 23 Noyabr 2026
48
20:55 / 23 Noyabr 2026
584
20:46 / 23 Noyabr 2026
62
20:37 / 23 Noyabr 2026
79
20:21 / 23 Noyabr 2026
82
20:16 / 23 Noyabr 2026
108
20:09 / 23 Noyabr 2026
95
19:53 / 23 Noyabr 2026
88
19:39 / 23 Noyabr 2026
379
19:33 / 23 Noyabr 2026
85
19:14 / 23 Noyabr 2026
97
19:10 / 23 Noyabr 2026
424
19:00 / 23 Noyabr 2026
112
18:46 / 23 Noyabr 2026
287
18:42 / 23 Noyabr 2026
167
18:35 / 23 Noyabr 2026
137
18:13 / 23 Noyabr 2026
130
18:09 / 23 Noyabr 2026
5038
17:55 / 23 Noyabr 2026
288
17:52 / 23 Noyabr 2026
131
17:46 / 23 Noyabr 2026
131
17:44 / 23 Noyabr 2026
153
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.