Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib - FOTO
23 Noyabr 2026, 21:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
270
06.09.2024, 15:58
İşğaldan azad edilmiş ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi işləri davam etdirilir. 44 günlük Vətən müharibəsindən indiyədək Qarabağ və Şərqi Zəngəzur ərazisində 160 min hektardan artıq ərazi təmizlənib, 156 mindən çox mina və müxtəlif təyinatlı hərbi sursatlar tapılaraq zərərsizləşdirilib. Aparılan minatəmizləmə əməliyyatları zamanı Ermənistan silahlı bölmələri tərəfindən qoyulan tələ minalara və sursatlara da rast gəlinir.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməliyyat rəhbəri Xaliq Zülfüqarov bildirib ki, işğaldan azad edilmiş ərazilərinin mina və müharibənin digər partlayıcı qalıqları ilə ciddi şəkildə çirklənməsi müşayiət edilir. Onların işə düşməsi zamanı insanların həyat və ya sağlamlığının itirilməsinə, uzun müddətli ağır psixoloji travmalara gətirib çıxarmasına səbəb olur. Əksər hallarda minaların qurbanları mülki əhali olur. 2020-ci ilin noyabr ayından indiyədək 377 nəfər mülki şəxs mina qurbanı olub. Onlardan 69 nəfər həyatını itirib, 308 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
X.Zülfüqarov qeyd edib ki, ərazilərin təmizlənməsinə bir sıra amillər çətinlik yaradır. Minaların standartlara uyğun deyil, pərakəndə və qarışıq şəkildə basdırılması, sürpriz və tələlərin qoyulması, əldaqayırma və kustar üsulla hazırlanan partlayıcı qurğular, relyef təsirləri, tikanlı torlar və məftillər, ərazinin metal qırıqları ilə çirklənməsi, yağış və sel sularının təsirindən minaların dərinə düşməsi, taxta və plastik gövdəli minaların deformasiyaya uğrayaraq təhlükəsiz vəziyyətə düşməsi minatəmizləmə əməliyyatlarını çətinləşdirən və təhlükə yaradan amillərdəndir.
Mülki əhali arasında mina qurbanlarının sayının artması insanlar tərəfindən təhlükənin real olduğunu hələ də anlamadıqlarını ortaya çıxarır. “Qarabağ və Şərqi Zəngəzura qayıdan və qayıtmağa hazırlaşan əhalinin mina və müharibənin digər partlayıcı qalıqlarının yaratdığı risklərdən qorunması, təhlükəsizlik qaydalarına riayət etməsi vacibdir. ANAMA tərəfindən əhalinin bu istiqamətdə maariflənməsi həyata keçirilir. Azyaşlı və yetkinlik yaşına çatmayan uşaqlara sürpriz minalar haqqında məlumat verməklə, həyatlarını xilas etmək olar. Unutmayaq ki, hər bir əşya, oyuncaq və ya suvenirin içərisində ölümcül qurğu quraşdırıla bilər. İşğaldan azad olunmuş ərazilərdə dəfələrlə bu kimi hallara rast gəlinib”, - deyə X.Zülfüqarov vurğulayıb.
21:44 / 23 Noyabr 2026
12
21:35 / 23 Noyabr 2026
44
21:27 / 23 Noyabr 2026
69
20:55 / 23 Noyabr 2026
747
20:46 / 23 Noyabr 2026
63
20:37 / 23 Noyabr 2026
85
20:21 / 23 Noyabr 2026
86
20:16 / 23 Noyabr 2026
114
20:09 / 23 Noyabr 2026
97
19:53 / 23 Noyabr 2026
89
19:39 / 23 Noyabr 2026
398
19:33 / 23 Noyabr 2026
87
19:14 / 23 Noyabr 2026
99
19:10 / 23 Noyabr 2026
430
19:00 / 23 Noyabr 2026
113
18:46 / 23 Noyabr 2026
299
18:42 / 23 Noyabr 2026
169
18:35 / 23 Noyabr 2026
139
18:13 / 23 Noyabr 2026
130
18:09 / 23 Noyabr 2026
5175
17:55 / 23 Noyabr 2026
293
17:52 / 23 Noyabr 2026
137
17:46 / 23 Noyabr 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.