FHN açıqlama yaydı
04 May 2026, 09:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
273
30.08.2024, 19:27
Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin bugünkü püşkatmasını dəyərləndirib.
OXU24.COM xəbər verir ki, təcrübəli mütəxəssis yeni formatda keçiriləcək mərhələ barədə fikirlərini klub saytına açıqlayıb:
“İlk dəfə yeni formatda keçirilən turnirdə iştirak edəcəyik. Əsas mərhələdə komanda sayı da artırılıb. Hər iştirakçı Avropa Liqasında minimum 8 oyun keçirəcək. Bu, heç də az deyil. Rəqiblərimiz arasında həm “Böyük beşlik” təmsilçiləri, həm tanış komandalar var. İlk dəfə qarşılaşacağımız rəqiblər də azarkeşlər üçün maraqlı olacaq. Liqa mərhələsinin startına qədər vaxtımız var. Bütün rəqibləri yaxından tanıdıqdan, tam analiz etdikdən sonra ətraflı fikir bildirmək mümkündür. Daha diqqətli, daha ciddi olmalıyıq. Hər bir rəqibə qarşı yalnız bir matç keçirəcəyik. Ona görə də xüsusilə ev görüşlərinə daha diqqətli yanaşmalıyıq”.
Həmçinin oxuyun
Baş məşqçi püşkün nəticəsindən razı qaldığını qeyd edib: “Püşkatmadan razı qaldım. İndi demək olar ki, əksər rəqiblər arasında bir o qədər fərq yoxdur. İstənilən komanda hər bir rəqiblə matçda istədiyi nəticəni əldə edə bilər. Bütün rəqiblərimiz ciddi komandalardır. Qarşıdakı matçlara hazırlaşacaq, komandanı daha sağlam, daha hazır etməyə çalışacağıq. Azarkeşlərimizə yaxşı, maraqlı futbol arzulayıram. Çalışacağıq ki, onlar oyunlarımızdan zövq alsınlar. Onlarla böyük futbolda görüşəcəyik”.
“Qarabağ” evdə “Ayaks” (Niderland), “Olimpik” (Lion, Fransa), “Malmö” (İsveç), “Styaua” (Rumıniya), səfərdə “Tottenhem” (İngiltərə), “Olimpiakos” (Yunanıstan), “Bodo Qlimt” (Norveç) və “Elfsborq”la (İsveç) qarşılaşacaq
09:47 / 04 May 2026
1
09:38 / 04 May 2026
59
09:15 / 04 May 2026
28
09:13 / 04 May 2026
38
00:19 / 04 May 2026
515
00:15 / 04 May 2026
208
00:13 / 04 May 2026
213
00:03 / 04 May 2026
113
00:03 / 04 May 2026
507
23:59 / 03 May 2026
393
23:55 / 03 May 2026
358
23:47 / 03 May 2026
115
23:39 / 03 May 2026
676
23:29 / 03 May 2026
101
23:27 / 03 May 2026
286
23:25 / 03 May 2026
109
23:18 / 03 May 2026
183
23:03 / 03 May 2026
367
23:01 / 03 May 2026
203
22:54 / 03 May 2026
109
22:50 / 03 May 2026
3203
22:46 / 03 May 2026
323
22:36 / 03 May 2026
711
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.