Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11709
az

Xoşbəxtlik nədədir?

21:3506 Aprel, 2019
851
CƏMİYYƏT
  • A
Elə bir insan yoxdur ki, xoşbəxt olmaq istəməsin. İnsanlar xoşbəxtliyi müxtəlif şeylərdə görürlər. Bəziləri düşünür ki, xoşbəxtlik var-dövlətdədir, amma varlı adamların heç də hamısı özünü xoşbəxt hesab etmir. Bəziləri xoşbəxtliyi məşhurluq və ad-sanda görürlər. Halbuki, bəzən məşhur adamların intihar etdiyini görürük. Xoşbəxtlik həmçinin vəzifə, oğul-uşaq, elm və başqa şeylərdə də deyil. Alimlərin çoxunun rəyinə əsasən, xoşbəxtlik qəlb rahatlığındadır.

Qəlb rahatlığını necə əldə etmək olar?
 Oxu24.com bildirir ki, Uca Allah insanı yaratmış və onun qəlbini rahatladacaq şeyləri öz kitabında (Qurani Kərimdə) iman gətirmək və yaxşı işlər görmək olduğunu bildirmişdir:
"Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə (xatırlamaqla) rahatlıq tapır" (ər-Ra'd, 28)
"Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq" (ən-Nəhl, 97)
"Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə rəzalətə salar" (əl-Ənam, 125)

Möminlərin qəlbləri
Allah Elçisindən  - ona və ailəsinə Allahın salavatı və salamı olsun - soruşdular: "Hansı insan ən fəzilətlidir?" O buyurdu: "Məxmum qəlbli və düz danışan mömin". Dedilər: "Düz danışanı bilirik, bəs "məxmum qəlbli" nədir?" Allah Elçisi buyurdu: "Allah­dan qorxan, tərtəmiz, içində nə günah, nə zülm, nə də həsəd olma­yan qəlbdir". (İbn Məcə, 4216)
Peyğəmbərin və Onun səhabələrinin müsibət və sınaq anlarında davranışları bütün insanlar üçün nümunədir. Döyüşlərin birində məğlub olaraq çoxlu itki vermiş və yaralanmış vəziyyətdə səhabələrə onların üzərinə yenidən qoşun gəldiyi xəbəri verildi. Uca Allah Qurani kərimdə bu hadisəni vəsf edərək buyurur: "Bəzi adamlar onlara: "Camaat sizə qarşı ordu toplayıb, onlardan qorxun!"- dedilər. Bu, onların imanını daha da artırdı və onlar: "Allah bizə yetər. O nə gözəl Qoruyandır!"- dedilər. Onlar özlərinə heç bir pislik toxunmadan, Allahın neməti və mərhəməti sayəsində geri döndülər və Allahın razılığına tabe oldular. Allah böyük lütf sahibidir." (Ali-İmran, 173-174) Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qışda kondisionerdən istifadənin zərərləri
Azərbaycanlı idmançı öldü - FOTO
Qəzada həlak olan 13 yaşlı Məhəmmədəlinin FOTOSU

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bu tiktokerlər də  həbs   edildi