Prezident Azərbaycanla BMT arasında imzalanmış Töhfə Sazişini təsdiq edib
10 Sentyabr 2026, 15:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
503
15.07.2024, 12:47
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 15-də Bakının Nərimanov rayonunda əsaslı şəkildə yenidən qurulan Nərimanov parkının açılışında iştirak edib.
Oxu24.com xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına parkda yaradılan şərait barədə məlumat verdi.
Qeyd edək ki, ərazisi 4,1 hektar olan park XX əsrin 50-ci illərində salınıb. Ötən müddətdə bu park gəzinti və əyləncə baxımından şəhər sakinləri üçün sevimli məkana çevrilib. 1960-cı illərdə yaxınlıqda metro stansiyasının tikilməsi parka marağı daha da artırıb.
Məlumat verildi ki, şəhərimizin müasir inkişaf səviyyəsinə və memarlıq üslubuna uyğun olmayan park nadir dizaynda yenidən qurulub. Burada müxtəlif istirahət guşələri, əyləncə qurğuları yaradılıb, o cümlədən uzun müddət yararsız vəziyyətdə olan fəvvarə meydanının yenidən qurulması işləri həyata keçirilib.
Parkın ərazisində yeni yaşıllıq sahələri yaradılıb, istismara yararsız, parkın ümumi görkəminə xələl gətirən tikili və qurğular ərazidən götürülüb. Mövcud ictimai-iaşə obyektlərinin fasadları müasir üslubda, parkın yeni layihəsinə uyğun təmir edilib, o cümlədən yeni işıq dirəkləri, eləcə də idman qurğuları və uşaq əyləncə meydançası yaradılıb. Mühəndis-kommunikasiya xətləri əsaslı şəkildə yenilənən park yağış sularının axıdılması üçün nəzərdə tutulan xətlərlə təmin edilib.
Qeyd edək ki, dövlət başçısının tapşırığı ilə paytaxt Bakıda parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin və şəhərimizin qonaqlarının rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində son illərdə ardıcıl tədbirlər davam etdirilir. “Yaşıl dünya naminə həmrəylik ili”ndə yeni parkların və yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir. Nərimanov rayonu ərazisində yenidən qurulan Nərimanov parkı da Bakı şəhərinin simasının daha da gözəlləşməsi və paytaxt sakinlərinin istirahəti baxımından olduqca əhəmiyyətlidir. Nərimanov parkının yenidən qurulması bu il COP29-a ev sahibliyi edəcək ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən işlərə də töhfə vermək baxımından xüsusi önəm daşıyır.

15:09 / 10 Sentyabr 2026
35
14:50 / 10 Sentyabr 2026
42
14:44 / 10 Sentyabr 2026
47
14:38 / 10 Sentyabr 2026
46
14:28 / 10 Sentyabr 2026
50
14:19 / 10 Sentyabr 2026
63
14:11 / 10 Sentyabr 2026
54
13:59 / 10 Sentyabr 2026
74
13:52 / 10 Sentyabr 2026
384
13:49 / 10 Sentyabr 2026
55
13:49 / 10 Sentyabr 2026
107
13:45 / 10 Sentyabr 2026
62
13:44 / 10 Sentyabr 2026
61
13:41 / 10 Sentyabr 2026
59
13:28 / 10 Sentyabr 2026
160
13:23 / 10 Sentyabr 2026
56
13:17 / 10 Sentyabr 2026
60
13:12 / 10 Sentyabr 2026
68
13:01 / 10 Sentyabr 2026
136
13:01 / 10 Sentyabr 2026
62
12:56 / 10 Sentyabr 2026
56
12:47 / 10 Sentyabr 2026
57
12:41 / 10 Sentyabr 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.