Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112402
az

Yürüş zamanı daha çox kalori itirməyin sadə üsulu

09:4918 İyun, 2024
72
CƏMİYYƏT
  • A

Qeyri-bərabər sürətlə gəzmək adi haldan daha çox kalori yandırmağa kömək edir.

OXU24.COM  bildirir ki, bu barədə ABŞ-li alimlər araşdırma aparıblar.

Belə ki, orta yaşı 24 və orta çəkisi 70,5 kiloqram olan könüllülərdən qaçış zolağında beş dəqiqə gəzmələri istənilib. Bu zaman xüsusi sistem onların addımlarının orta uzunluğunu qeyd edib.

İştirakçılardan daha beş dəqiqəlik gəzinti üçün addımlarının uzunluğunu dəyişmələrini istəyiblər. Addım uzunluğu normaldan 5-10% (həm artım, həm də azalma) fərqlənməyə başlayıb. Enerji sərfiyyatı nəfəslə buraxılan karbon qazının həcmi ilə qiymətləndirilib.

Alimlər hesab edirlər ki, insanlar qısa addımlardan uzun addımlara və əksinə hərəkət edərkən sabitliyi qorumaq üçün daha çox əzələlərdən istifadə etməli olurlar. Bu səbəbdən kalori sərfiyyatı artır. Nəticələr yaşlı insanların (xüsusilə nevroloji xəstəlikləri olanların) gəzmək üçün daha çox kaloriyə ehtiyacı olduğunu göstərir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qarpızı xarab olmamaq üçün belə saxlayın
“İqlim dəyişikliyi sərhəd tanımır"
Azərbaycana gələn yüklərin qiyməti ARTA BİLƏR -VİDEO

90% kişilərin şəhadət barmağında görünən çapığın sirri -Ajiotajın səbəbi tapıldı

18+

Hadisənin 18+ görüntüləri yayıldı
Çimərliyə raket düşdü - DƏHŞƏTLİ VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Corabınızın içərisinə soda tökün və geyinin - Görün,hansı xəstəliyi müalicə edirmiş
Kralın atı qadını ölümcül etdi