Qaynar xətt:

(+99450) 247 90 86

Ölkəyə gətirilən bu mallar idxal gömrük rüsumundan AZAD EDİLDİ

Ölkəyə gətirilən bu mallar idxal gömrük rüsumundan AZAD EDİLDİ

CƏMİYYƏT

299

06.06.2024, 18:57

COP29 Azərbaycan Əməliyyat Şirkətinin təsdiqedici sənədinə əsasən COP29 beynəlxalq tədbiri çərçivəsində ölkəyə gətirilən mallar idxal gömrük rüsumundan azad edilib.

OXU24.COM  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Nazirlər Kabineti 22 aprel 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarına dəyişiklik edib.

Bu Qərar bu il martın 1-dən tətbiq olunur və 2024-cü il dekabrın 1-dək qüvvədədir.