Qaynar xətt:

(+99450) 247 90 86

Şəhid qardaşı: "Şükürlər olsun ki, artıq onun məkanı məlum oldu"

Şəhid qardaşı: \\\"Şükürlər olsun ki, artıq onun məkanı məlum oldu\\\"

CƏMİYYƏT

270

06.06.2024, 16:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Birinci Qarabağ müharibəsi zamanı həlak olan və son zamanlara qədər itkin düşdüyü hesab olunan Ədalət Abbasovun qardaşı Natiq Abbasov şəhidin məkanının bundan sonra bəlli olacağına şükürlər etdiyini bildirib.

"Report"un Qərb bürosunun məlumatına görə, Natiq Abbasov bildirib ki, qardaşı Ədalət 32 il bundan əvvəl Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşüb:

“32 ildir yolunu gözləyirdik. O, könüllü getmişdi döyüşlərə. Anamın, bacımın adından bir daha dövlət başçısına, dövlət qurumlarına təşəkkür edirəm ki, mənim qardaşımın məkanı artıb məlum oldu”.