Ayda dəfn edilən yeganə insan - (Foto)
11 Sentyabr 2026, 10:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
284
06.06.2024, 12:43
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) avtomobillərlə səyahət turları təşkil edən şəxslərə müraciət edib.
Bu barədə Oxu24.com-a idarədən məlumat verilib.
Bildirilib ki, hazırda səyahət məqsədilə regionlara təşkil olunan turların sayı mövsümlə əlaqədar olaraq əhəmiyyətli dərəcədə artmaqdadır:
"Belə səfərlər zamanı adətən qeyri-müntəzəm sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxslərin xidmətlərindən istifadə edilir. Lakin, təəssüf ki, əksər hallarda qeyri-müntəzəm daşımalar zamanı avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə, sürücülərin reysqabağı tibbi müayinəsinə, onların iş və istirahət rejiminə nəzarət olunmur, nəqliyyat vasitəsinin texniki xarakteristikasının keçdiyi ərazinin relyefinə uyğun olub-olmamasına, gedəcəyi ərazidəki meteoroloji şəraitə, sürücünün idarəetmə təcrübəsinə diqqət yetirilmir ki, bu da yollarda, xüsusilə də dağlıq ərazilərdə yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını dəfələrlə artırır."
Məlumatda qeyd olunub ki, baş verə biləcək ağır qəzaların qarşısının alınması və təhlükəsizliyin təmin edilməsi məqsədilə, fərdi qaydada ekskursiyalar təşkil edən şəxslərdən belə səfərləri yalnız bu sahədə ixtisaslaşmış turizm şirkətləri vasitəsilə həyata keşirmələri xahiş olunur.
"Eyni zamanda, avtobus və mikroavtobus sahiblərinin, eləcə də onları idarə edən şəxslərin nəzərinə çatdırılır ki, respublikanın avtomobil yollarında ayrı-ayrı şəxslərin təşəbbüsü ilə respublikanın regionlarına qanunsuz daşımaların təşkil edilməsi hallarının aşkar ediləcəyi təqdirdə həmin nəqliyyat vasitələrinin hərəkəti qadağan edilməklə sürücüləri barədə inzibati tənbeh tədbirləri görülücək. Ümidvarıq ki, səyahətdən öncə sağlamlığını düşünən hər bir şəxs verilən tövsiyələrə biganə qalmayacaq, daha təhlükəsiz gəzintiyə üstünlük verəcək", - idarədən bildirilib.
10:48 / 11 Sentyabr 2026
1
10:44 / 11 Sentyabr 2026
9
10:38 / 11 Sentyabr 2026
21
10:34 / 11 Sentyabr 2026
30
10:33 / 11 Sentyabr 2026
20
10:30 / 11 Sentyabr 2026
31
10:24 / 11 Sentyabr 2026
41
10:02 / 11 Sentyabr 2026
43
09:57 / 11 Sentyabr 2026
377
09:52 / 11 Sentyabr 2026
91
09:29 / 11 Sentyabr 2026
47
09:26 / 11 Sentyabr 2026
86
09:24 / 11 Sentyabr 2026
53
09:22 / 11 Sentyabr 2026
70
23:14 / 10 Sentyabr 2026
913
23:08 / 10 Sentyabr 2026
126
23:03 / 10 Sentyabr 2026
145
23:00 / 10 Sentyabr 2026
77
22:53 / 10 Sentyabr 2026
73
22:44 / 10 Sentyabr 2026
99
22:40 / 10 Sentyabr 2026
3897
22:36 / 10 Sentyabr 2026
77
22:28 / 10 Sentyabr 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.