Ağdərədə mina partlayışı baş verib, xəsarət alan var
11 Sentyabr 2026, 11:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
630
06.06.2024, 11:00
"Bütün araşdırmalar müəllimin peşəkarlığının təhsilə təsir edən ən əsas amillərdən biri olduğunu göstərir".
Sfera.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov deyib.
"2014-cü ildən etibarən nazirlik tərəfindən müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması əsas prioritet kimi qiymətləndirilir. Bu istiqamətin icrasına diaqnostik qiymətləndirmə ilə başlanılıb və 2018-ci ilə qədər davam edib. 35 faizə yaxın müəllimin əməkhaqqı artırılıb. 2018-ci ildən isə qanunvericiliyə sertifikasiya anlayışı daxil edilib. 2022-ci ildə ilk dəfə olaraq ibtidai sinif müəllimlərinin qiymətləndirilməsinə başlanıldı. 30 min iştirak oldu. Nəticələrə uyğun olaraq əməkhaqlarına artım olunub. 2023-cü ildə təkrar sertifikasiyada uğur qazana bilməyən 800 nəfərə yaxın müəllim tutduğu vəzifədən kənarlaşdırılıb. Bu proses 2026-cı ilə qədər bütün ölkəni və fənnləri əhatə edəcək. 2026-cı ildən sonra ilk dəfə sertifikasiyadan keçənlər yenidən imtahana cəlb olunacaq. 8 iyun tarixində 8 minə yaxın müəllimin iştirak edəcəyi imtahan keçiriləcək. 21, 22, 24 iyun tarixlərində ilk dəfə 25 minə yaxın iştirakçını əhatə edən riyaziyyat, ingilis, alman və fransız dili müəllimləri də imtahan verəcək. Sentyabrdan maaşını artımla alan 32 minə yaxın müəllim sıralarına 20 mindən çox müəllim də qoşulacaq".
E.Bağırov qeyd edib ki, ümumilikdə, yüksək nəticə toplayan 8 minə yaxın müəllimin orta aylıq əməkhaqqı 1300 manata yaxındır.
11:00 / 11 Sentyabr 2026
1
10:52 / 11 Sentyabr 2026
20
10:48 / 11 Sentyabr 2026
26
10:44 / 11 Sentyabr 2026
28
10:38 / 11 Sentyabr 2026
28
10:34 / 11 Sentyabr 2026
36
10:33 / 11 Sentyabr 2026
26
10:30 / 11 Sentyabr 2026
39
10:24 / 11 Sentyabr 2026
47
10:02 / 11 Sentyabr 2026
46
09:57 / 11 Sentyabr 2026
427
09:52 / 11 Sentyabr 2026
101
09:29 / 11 Sentyabr 2026
49
09:26 / 11 Sentyabr 2026
89
09:24 / 11 Sentyabr 2026
54
09:22 / 11 Sentyabr 2026
72
23:14 / 10 Sentyabr 2026
932
23:08 / 10 Sentyabr 2026
127
23:03 / 10 Sentyabr 2026
146
23:00 / 10 Sentyabr 2026
77
22:53 / 10 Sentyabr 2026
74
22:44 / 10 Sentyabr 2026
102
22:40 / 10 Sentyabr 2026
3956
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.