Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110515
az

Bakı metrosunda yenilik olacaq

11:0731 May, 2024
79
  • A

"İyun ayından başlayaraq stansiya və tunellərin mikroiqlim şəraitinin yaxşılaşdırılması ilə bağlı yenilik tətbiq ediləcək".

Bu barədə Oxu.Az-a "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, 2023-cü ilin yay aylarından Bakı metropolitenində bütün tunellərin üfürülməsi ilə bağlı sınaqlar, müşahidələr aparılıb, monitorinqin nəticələri əsasında mikroiqlim sisteminin vəziyyəti təhlil edilib.

"Ötən müddətdə bu yeniliyin effektivliyi müəyyən edildiyindən yay fəslində davamlı və sistemli tətbiqi barədə qərar qəbul edilib.

Stansiya və tunellərdə havanın hərarəti ilə yanaşı, sanitariya və gigiyena şəraitinə təsir edən amillərin də diqqətdə saxlanılması biomühitin tarazlığının mühafizəsi və yaxşılaşdırılmasında mühüm rol oynayır.

Verilmiş qərara əsasən, həftənin istirahət günlərinin gecə növbələrində olmaqla, "yaşıl" və "qırmızı" xətlərdə ventilyatorlar xüsusi qrafiklə çalışdırılaraq tunellərin üfürülməsi təmin ediləcək. Prosesdə stansiyalarda açıq sahələrin imkanlarından da geniş istifadə olunacaq. Bütün prosesə müvafiq sahələrin rəhbər və mütəxəssis heyəti nəzarət etməklə, işçi qrupların müntəzəm monitorinqləri aparılacaq.

Üfürmə prosesindən sonra müvafiq metroloji vasitələr və ölçmələrlə tunellərin mikroiqlim vəziyyəti, sanitariya normalarının tələblərinə uyğunluğu təhlil olunacaq. Qeyd edək ki, əvvəlki dövrün pilot xarakterli tədbirləri stansiyalarda havanın hərarətinin bir qədər də endirilməsinə təsirini təsbit edib. Bundan əlavə, tunellərin üfürülməsinin oksigenin və rütubətin miqdarı, tozluluq dərəcəsi və bir neçə digər əsas mikroiqlim parametri üzrə ölçmələr də nəzərə alınmaqla, metropolitendə bioloji mühitin daha da yaxşılaşdırılması imkanları nəzarətdə saxlanılacaq. Qeyd edilənlər tunel geyimi, avadanlıqlar və digər infrastrukturun iqlim şəraiti və yeraltı mühitin neqativ təsirlərindən mühafizəsi baxımından da effektlidir".

B.Məmmədov onu da əlavə edib ki, ümumiyyətlə, Bakı metrosunun stansiya və tunellərində son illərdə tətbiq edilmiş yeni və daha güclü ventilyatorlar sayəsində həmin sahələrdə havanın orta hərarətinin 2-3, bəzən 4 dərəcəyə qədər endirilməsinə nail olunub:

"Bundan başqa, təbii havalandırma imkanlarının genişləndirilməsi məqsədilə faktiki olaraq yenidən yaradılan dempfer sisteminin genişləndirilməsi işləri də müntəzəm davam etdirilir.

Bakı metropolitenində havalandırma imkanları baxımından müsbət dinamikanın təmin edilməsi ilə bağlı tədbirlər davamlı görüləcək. Hazırda Bakı metropolitenində stansiyalarda havanın hərarəti və digər mikroiqlim parametrlərinin ölçülməsi və tənzimlənməsinin avtomatlaşdırılması sahəsində rəqəmsal sistemlərin tətbiqinin öyrənilməsi istiqamətində işlər aparılır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qırmızı kürü ikiqat bahalaşdı
Vəkil Günü münasibətilə Vəkillər Kollegiyasının təntənəli tədbiri keçirilib
Lavrov qəzaya görə Ceyhun Bayramova zəng etdi

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır