Qaynar xətt:

(+99450) 247 90 86

Birinci vitse-prezident Mehriban Əliyeva idmançımızı təbrik etdi

CƏMİYYƏT

209

24.05.2024, 00:01

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medal qazanması münasibətilə təbrik edib.

 

Oxu24.com  xəbər verir ki, Birinci vitse-prezident bununla bağlı rəsmi instaqram səhifəsində paylaşım edib.

 

Paylaşımda deyilir: "İdmançımız Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında Azərbaycana növbəti – 2-ci qızıl medalı qazandırdı! Dünya çempionunu səmimi-qəlbdən təbrik edir, ona güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!".