“Aztelekom”dan internet sürəti ilə bağlı - Açıqlama
26 Noyabr 2026, 18:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
327
13.05.2024, 10:20
Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara köç edəcək təsərrüfatların rəhbərləri üçün mina təhlükəsizliyinə dair keçirdiyi təlimlərin ikinci mərhələsi başlayır.
Oxu24.com xəbər verir ki, 13-14 may tarixlərində Gəncə şəhərində keçiriləcək təlimlərdə 1110 fermerin iştirakı gözlənilir. Təlimlərə ilkin mərhələdə hər hansı səbəbdən iştirak etməmiş, yaxud qeydiyyatdan gec keçmiş təsərrüfat rəhbərləri cəlb olunub. Fermerlərə təlimlərin yeri və tarixi ilə bağlı SMS-bildiriş göndərilib.
Qeyd edək ki, bundan əvvəl Füzuli və Yevlax rayonlarında, Sumqayıt və Gəncə şəhərlərində işğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara köç edəcək təsərrüfatların rəhbərləri üçün mina təhlükəsizliyinə dair təlim keçirilib. Təlimlərdə 4042 fermer iştirak edib.
ANAMA mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə azad olunmuş ərazilərdəki dislokasiya nöqtələrində davranış qaydaları, partlamamış sursat və minaların müəyyən olunması, mina və partlayıcı qurğuların təhlükəsi, törədə biləcəyi xəsarətlər, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə geniş məlumat verilib. Təlim iştirakçılarına vizual tanımaq üçün müxtəlif növ hərbi sursat və minaları əhatə edən təlim sursatlarının nümunələri göstərilib, azad olunmuş ərazilərdə əsas davranış qaydalarına dair təlimat kitabçası, buklet, broşür və plakatlar təqdim olunub.
Təlimi başa vuran fermerlər azad olunmuş ərazilərdə, təsərrüfatları aparacaqları dislokasiya nöqtələrində davranış qaydalarına dair təlimatlarla tanış olduqları barədə iltizamnamə imzalayırlar. Təlimlərdə iştirak etmiş, müvafiq iltizamnaməni imzalamış fermerlər yaylaqlara köç prosesində iştirak edə biləcəklər.
18:29 / 26 Noyabr 2026
24
18:26 / 26 Noyabr 2026
40
18:17 / 26 Noyabr 2026
59
18:08 / 26 Noyabr 2026
69
18:02 / 26 Noyabr 2026
73
17:33 / 26 Noyabr 2026
835
17:07 / 26 Noyabr 2026
114
17:05 / 26 Noyabr 2026
103
17:00 / 26 Noyabr 2026
111
16:55 / 26 Noyabr 2026
106
16:40 / 26 Noyabr 2026
356
16:38 / 26 Noyabr 2026
117
16:23 / 26 Noyabr 2026
156
16:15 / 26 Noyabr 2026
136
16:08 / 26 Noyabr 2026
123
16:01 / 26 Noyabr 2026
126
15:58 / 26 Noyabr 2026
139
15:49 / 26 Noyabr 2026
120
15:44 / 26 Noyabr 2026
119
15:40 / 26 Noyabr 2026
122
15:34 / 26 Noyabr 2026
132
15:27 / 26 Noyabr 2026
142
15:15 / 26 Noyabr 2026
868
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.