Qaynar xətt:

(+99450) 247 90 86

Zaqatalada institutda kütləvi zəhərlənənlər olub - Say 40-ı ötüb

Zaqatalada institutda kütləvi zəhərlənənlər olub - Say 40-ı ötüb

CƏMİYYƏT

324

08.05.2024, 15:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Zaqatalada dünən zəhərlənmə şübhəsilə xəstəxanaya gətirilənlərdən 32-si evə buraxılıb.

Oxu24.com TƏBİB-ə istinadla xəbər verir ki, mayın 7-si saat 17:40-dan başlayaraq zəhərlənmə şübhəsilə 34 nəfər (21 qadın, 13 kişi olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub:

"Onlardan 15-i uşaqdır. Hər birinə zəruri tibbi xidmət göstərilib, 32 nəfər artıq evə buraxılıb. Digərlərinin vəziyyəti stabil olaraq qiymətləndirilir və gün ərzində evə buraxılmaları nəzərdə tutulur".