Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10590
az

Azərbaycanda 500 manata yaxın təqaüd alan tələbə..

22:3805 Mart, 2019
889
  • A
Gədəbəyin Arıqıran kənd sakini İlqar Məmmədzadə hazırda Azərbaycanın ən yüksək təqaüd alan tələbəsidir. O, təxminən hər ay 500 manata yaxın təqaüd alır.

Oxu24.com bildirir ki, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin 3-cü kurs tələbəsi İlqar Məmmədzadə 480 manatla Azərbaycanın ən yüksək təqaüd alan tələbəsidır.
İlqar Məmmədzadə Gədəbəyin Arıqıran kəndində orta məktəbi bitirib. 690 balla Bakı Dövlət Universitetininə qəbul olub və indiyə kimi bütün qiymətləri əladır. O, 1-ci kursu bitirdikdən sonra "Sabah qrupu"na imtahan verib və burda da yüksək nəticə əldə edib. Bununla kifayətlənməyən İlqar, mobil operator şirkətlərindən birinin tələbələr üçün yaratdığı təqaüd imkanlarından da yararlanıb.
İlqar, belə bir hədəfə çatmasını əzmkarlığı ilə əlaqələndirir. Onun sözlərinə görə, insan öz üzərində işləməli və boş vaxtını mümkün qədər elmə həsr etməlidir.
İndi İlqarın hər hansı maddi sıxıntısı yoxdur. O, aldığı təqaüdünü təhsilinə, özünü inkişafa yönəldir.
İlqar Məmmədzadə digər təqaüd proqralmarına da qoşulmağı planlaşdırır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qəhvə beyinə necə təsir edir? - Maraqlı araşdırma
Bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olan şikayətlərə baxılıb
Dörd bürc həftə sonu milyon qazanacaq

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi