Yay fəslində ən çox yeyilən tərəvəzlərdən biri xiyardır. Bəs tez-tez yediyiniz xiyarın faydaları barədə məlumatınız varmı?
Oxu24.com xəbər verir ki, xiyarın həm sağlamlığa, həm də gözəlliyə bir çox faydaları var.
1. Xiyar bədənin bütün yorğunluğunu azaldır.
2. Revmatizm və oynaq ağrılarına faydalıdır.
3. Susuzluğu yatırır.
4. İnsulin ehtiyacını aradan qaldırır.
5. Tər vəzilərinin normal fəaliyyətini nizamlayır.
6. Xiyarın tərkibinin əsasını su təşkil etdiyi üçün dəriyə gözəllik verir.
7. Bu tərəvəz sağlamlığı möhkəmləndirir və zahiri görünüşə çox gözəl təsir edir.
8. Xiyar 90 faiz mayedən ibarət olduğu üçün, orqanizmdə maye itkisini kompensasiya edir.
10. Kalium, maqnezium və silisiumla zəngindir. Buna görə gözəllik salonları bu tərəvəzlə olan prosedurları tez-tez təklif edirlər. Xiyarda demək olar ki, bütün lazımlı vitaminlər var. Əsasən immuniteti bərkidən, enerjini yüksəldən və dərini parıldadan A və B vitaminləri.
11. Xiyar maddələr mübadiləsini sürətləndirir və arıqlamağa kömək edir.
12. Yorğun gözləri canlandırır. Göz qapağının üzərinə soyudulmuş xiyar dilimini qoyaraq siz həqiqətən gözlərin altında olan torbacıqlardan azad olacaqsınız və gözlərinizin parlaqlığını qaytaracaqsınız.
13. Saçları və dırnaqları bərkidir. Silisium dırnaqları möhkəmləndirir və saçların daha sürətlə uzanmasına kömək edir.
14. Günəş yanıqları ilə mübarizə aparmağa kömək edir. Dərinin qızarmış sahəsinə xiyar dilimini qoyun, qısa bir müddət ərzində qıcıqlanma keçəcək.
15. Xiyar nəfəsi təravətləndirir. Xiyarın şirəsi diş ətinin iltihabı zamanı da istifadə olunur. Xiyar dilimini 30 saniyə ərzində damağınızda sıxın, bu, ağızda xoşagəlməz qoxuya səbəb olan bakteriyaları öldürür. Oxu24.com
ŞƏRHLƏR