Qaynar xətt:

(+99450) 247 90 86

Tibb bacısının "başına dolanan" sürücülər işdən çıxarıldı - Azərbaycanda

2019-03/1551701147_pasinyan1.jpg

CƏMİYYƏT

1695

04.03.2019, 16:06

  Sosial şəbəkələrdə Təcili Tibbi Yardım Xidmətinə məxsus maşınların musiqi sədası altında bir xanımın başına dövr etməsini özündə əks etdirən video yayılıb.
  ONA-nın xəbərinə görə, görüntülər Bakının Suraxanı rayonu ərazisində 22 saylı Təcili Yardım Stansiyasıın həyətində lentə alınıb.   Həmin görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra, Səhiyyə Nazirliyi tərəfindən araşdırma aparılıb.   Araşdırmaların nəticəsi olaraq təcili yardım avtomobillərinin sürücüləri və videodakı tibb bacısı işdən çıxarılıblar.