Həftəsonunun ən şanslı 4 bürcü
18 Sentyabr 2026, 20:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
315
01.04.2024, 16:46
Baş Prokurorluq ünvanlı sosial yardımlarla bağlı vətəndaşlara müraciət edib.
Bu barədə Oxu24.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, vətəndaşları narahat edən məsələlər sırasına sosial müdafiə, sosial təminat sahəsi ilə bağlı mövcud olan hüquqpozmalar və sui-istifadə hallarıdır. “Ünvanlı sosial yardım hüququnu haqqında” Qanunun 3-cü maddəsinə əsasən, sosial yardım hüququna orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aşağıdakı aztəminatlı ailələrə təyin olunur:
1. bütün ailə üzvlərinin əmək qabiliyyətsiz olması;
2. ailənin əmək qabiliyyətli üzvünün:
- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyinin müəyyən edilməsi;
- 18 yaşınadək əlilliyinin müəyyən edilməsi;
- 8 yaşına çatmamış uşağa qulluq etməsi ;
- 23 yaşınadək əyani təhsil alması;
- işsiz kimi qeydiyyata alınması.
3. bundan başqa, ailənin əmək qabiliyyətli üzvünün vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi və ya olduğu yerin məlum olmaması.
Məsələn, bir ailə 3 nəfərdən ibarətdir. Ailədə ailə başçısı işləyir, məşğul şəxsdir. Ana 2 yaşında bir uşağa qulluq edir, ondan məşğulluq tələb olunmur və o əmək qabiliyyətsiz sayılır. Bu ailənin 3 üzvü üçün ehtiyac meyarı 3*270 AZN= 810 AZN şəklində müəyyən olunur. Əgər ailə başçısının gəliri 400 manatdırsa, bu zaman ailənin orta aylıq gəliri 400 manat olduğu üçün ailəyə ehtiyac meyarı və orta aylıq ailə gəliri arasındakı fərq qədər, yəni 410 manat ünvanlı sosial yardım təyin olunur.
Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” altsisteminə (VEMTAS-a) 15 (on beş) iş günü müddətində məlumat verməlidir.
"Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş vətəndaş müraciətləri üzrə aparılan təhlillərlə aktuallığı ilə seçilən həssas sahələrin müəyyən edilməsi və bu istiqamətdə hüquqpozmaların qarşısının alınması məqsədi ilə kompleks tədbirlər görülməsi davam etdirilməkdədir", - məlumatda qeyd olunub.
20:49 / 18 Sentyabr 2026
76
20:47 / 18 Sentyabr 2026
20
20:44 / 18 Sentyabr 2026
17
20:29 / 18 Sentyabr 2026
28
20:27 / 18 Sentyabr 2026
404
20:24 / 18 Sentyabr 2026
35
20:14 / 18 Sentyabr 2026
45
20:03 / 18 Sentyabr 2026
44
19:51 / 18 Sentyabr 2026
154
19:42 / 18 Sentyabr 2026
227
19:21 / 18 Sentyabr 2026
544
19:20 / 18 Sentyabr 2026
92
19:08 / 18 Sentyabr 2026
62
19:06 / 18 Sentyabr 2026
117
19:05 / 18 Sentyabr 2026
65
18:58 / 18 Sentyabr 2026
99
18:56 / 18 Sentyabr 2026
69
18:55 / 18 Sentyabr 2026
99
18:50 / 18 Sentyabr 2026
66
18:48 / 18 Sentyabr 2026
68
18:40 / 18 Sentyabr 2026
77
18:28 / 18 Sentyabr 2026
194
18:23 / 18 Sentyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.