Qaynar xətt:

(+99450) 247 90 86

DİN-dən oğlunu görmək adı ilə qaçıran ata ilə bağlı AÇIQLAMA - VİDEO

DİN-dən oğlunu görmək adı ilə qaçıran ata ilə bağlı AÇIQLAMA - VİDEO

CƏMİYYƏT

468

30.03.2024, 13:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Altı yaşlı oğlunu görmək adıyla götürüb və bir daha geri qaytarmayan ata ilə bağlı axtarış tədbirləri aparılır.

OXU24.COM xəbər verir ki, bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

DİN-in Mətbuat Xidmətindən bildirib ki, vətəndaşın və müvafiq dövlət orqanın müraciəti əsasında məhkəmə qararının icra etməkdən boyun qaçıraraq azyaşlı övladını ananın himayəsinə verməkdən boyun qaçıran B.Əsgərov barəsində axtarış elan olunub. Hazırda polis əməkdaşları tərəfindən axtarış tədbirləri davam etdirilir.

 

Xatırladaq ki, Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində dörd aydır axtarışda olan Bəhruz Cabbarov və altı yaşlı oğlu Vəliyəddin Cabbarov canlı efirə qoşulublar. B.Cabbarov efirdə oğlunu oğurladığını etiraf edib.

Həmin görüntüləri təqdim edirik: