Prezident köhnə "Jiquli"si ilə yorğan-döşək gətirən Sərvərdən danışdı - VİDEO
18 Sentyabr 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
328
29.03.2024, 13:59
"Əgər bir ölkədə vətəndaşın təhlükəsizliyi təmin edilmirsə, onu digər hansı hüquqlarla təmin etmək olar? İstər Vətən müharibəsində, istərsə də antiterror əməliyyatları zamanı ölkəmizdə həm Ermənistan, həm də onun havadarları tərəfindən sosial xarakterli fövqəladə vəziyyət yaratmağa nə qədər cəhd göstərdilərsə, nə qədər terror törətməyə çalışdılarsa, hüquq-mühafizə orqanlarımız bunu aradan qaldırdılar".
OXU24.COM qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında bildirib.
Deputatın sözlərinə görə, Azərbaycanı həmçinin müxtəlif yanğınlarla sınağa çəkməyə çalışdılar: "Bu halda da Fövqəladə Hallar Nazirliyi belə məsələləri aradan qaldırdı. Azərbaycanda terror keçirilməsinə icazə verilmədi.
Rusiyadakı hadisələrdən sonra xaricdə oturan bloqerlər, ölkədə oturan bəzi siyasi partiya rəhbərləri, QHT nümayəndələri bu məsələlərdə cəhdlə çalışırlar ki, kaş terror Azərbaycanda da olardı. Terrorun əsas mənbəyi maliyyə, çirkli pullardır. Hesab edirəm ki, Cinayət Məcəlləsindəki müvafiq maddələri daha da kəskinləşdirmək lazımdır. İstər mətbuat, siyasi partiya, QHT, istərsə də hərbçilər olsun, əgər mənbəyi məlum olmayan vəsait alırsa, bunun qarşısı dərhal alınıb, mənbəyi araşdırılmalıdır. Çünki o maliyyə ölkədə hər hansı addımların atılmasına istifadə olunacaq. Heç kim havadan pul vermir, verilən pulların sifarişi də var".
00:55 / 19 Sentyabr 2026
36
23:59 / 18 Sentyabr 2026
73
23:49 / 18 Sentyabr 2026
58
23:37 / 18 Sentyabr 2026
57
23:19 / 18 Sentyabr 2026
197
23:02 / 18 Sentyabr 2026
85
22:45 / 18 Sentyabr 2026
93
22:29 / 18 Sentyabr 2026
185
22:17 / 18 Sentyabr 2026
65
22:05 / 18 Sentyabr 2026
99
21:56 / 18 Sentyabr 2026
91
21:52 / 18 Sentyabr 2026
80
21:31 / 18 Sentyabr 2026
95
21:20 / 18 Sentyabr 2026
85
21:19 / 18 Sentyabr 2026
83
21:08 / 18 Sentyabr 2026
102
20:58 / 18 Sentyabr 2026
173
20:49 / 18 Sentyabr 2026
371
20:47 / 18 Sentyabr 2026
87
20:44 / 18 Sentyabr 2026
70
20:29 / 18 Sentyabr 2026
72
20:27 / 18 Sentyabr 2026
1804
20:24 / 18 Sentyabr 2026
211
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.