Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10506
az

Aprel şəhidimizin anası vəfat etdi - FOTO

15:5303 Mart, 2019
755
CƏMİYYƏT
  • A
 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Təbriz Əsgərovun anası Kifayət xanım vəfat edib.

Oxu24.com-un modern.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalist Aida Eyvazlı paylaşıb.

"Təbriz Əsgərov xüsusi təyinatlı idi. "Gecə canavarı" deyirdilər adına. 2016-cı ilin aprelində qələbə şərbətini başına çəkəndən sonra, Talış yüksəkliyində qəhrəmanlıqla həlak olan şəhidlərimizdəndir. Onun evinə Şəmkirin Morul kəndinə gedəndə anası ilə görüşüm çox ağır olmuşdu. Uca boylu Kifayət xanımı Burla xatuna bənzətmişdim. Danışmamışdı mənimlə. Oğlunun otağına aparmışdı məni. Bəy otağı bəzəmişdi Təbriz üçün. Nalə çəkib ağlamışdı yanımda. Deyəcəklərini haray kimi ürəyimə yazmışdı. O hər gün oğlunun bəy otağına gedir, Təbrizdən qalan paltarları açıb qarşısına düzür, quzu kimi mələyirdi, qurd kimi ulayırdı. İndi xəbər gəldi ki, oğlunun həsrətinə tab gətirməyən ana, oğlunun yanına köçüb. Çox üzüldüm...", - Aida Eyvazlı yazıb.

Allah rəhmət eləsin!



  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək
Bu ölkədə 6,1 bal gücündə ZƏLZƏLƏ OLDU
Suriyanın yeni xarici işlər naziri o oldu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ