Prezident köhnə "Jiquli"si ilə yorğan-döşək gətirən Sərvərdən danışdı - VİDEO
18 Sentyabr 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
403
28.03.2024, 13:50
Oruc tutmaq immun sistemini yaxşılaşdırır, orqanizmdəki toksinləri aradan qaldırır, iltihabı azaldır, xərçəng hüceyrələrinin yayılmasını ləngidir.
OXU24.COM AZƏRTAC-a istinadən türkiyəli həkim Özkan Akyolun mövzu ilə bağlı araşdırmasını təqdim edir.
O, Ramazan ayının sağlamlığa iki cəhətdən faydalı olduğunun elmi şəkildə sübuta yetirildiyini bildirib:
"Oruc tutmaq bir tərəfdən həzm sisteminə, digər tərəfdən insan psixologiyasına faydalıdır. Orqanizmdə toplanmış yağlar oruc zamanı yağ hüceyrələri vasitəsilə parçalanır. Sağlam arıqlama yığılmış yağların parçalanması yolu ilə baş verir. Ancaq imsak və iftarda az kalorili qidalanma ilə buna nail olmaq olar. Elmi araşdırmalar oruc və insulin sağlamlığı arasındakı əlaqəni ortaya qoyur. Tədqiqat sübut edib ki, oruc tutarkən hüceyrələr daha çox qlükoza qəbulu ilə bağlı siqnal göndərir. Bu da insulinin normallaşmasına müsbət təsir göstərir".
Mütəxəssis qeyd edir ki, orucun həzm sisteminə də faydası var. Oruc tutmaq həzm sisteminin dincəlməsinə kömək edir. Müntəzəm oruc tutmaq metabolik sağlamlığa faydalıdır, həmçinin bağırsaqların normal fəaliyyətinə kömək edir. Az yemək ömrü uzadır və daha uzun yaşamağa kömək edir.
"Oruc bədənimizi yeniləyir. Parkinson və Alzheimer kimi xəstəliklərə qarşı qoruyucu rol oynaya bilir. Elmi araşdırmalar göstərir ki, vəhşi heyvanlar xəstə olduqda qida qəbulunu azaldır. Oruc tutmaq da immun sistemini gücləndirməklə bir çox xəstəlikdən qorunmağa kömək edir və bəzi xəstəliklərin müalicəsini sürətləndirir. Oruc tutmaq orqanizmin ümumi təmizlənməsi üçün faydalıdır. Həzm sisteminin təmizlənməsi dolayı yolla bütün orqanizmi təmizləyir. Qaraciyər və böyrəklərdəki toksinlər təmizləndiyi üçün dəri yenilənir", - deyə həkim əlavə edib.
00:55 / 19 Sentyabr 2026
36
23:59 / 18 Sentyabr 2026
73
23:49 / 18 Sentyabr 2026
58
23:37 / 18 Sentyabr 2026
57
23:19 / 18 Sentyabr 2026
197
23:02 / 18 Sentyabr 2026
85
22:45 / 18 Sentyabr 2026
93
22:29 / 18 Sentyabr 2026
185
22:17 / 18 Sentyabr 2026
65
22:05 / 18 Sentyabr 2026
99
21:56 / 18 Sentyabr 2026
91
21:52 / 18 Sentyabr 2026
80
21:31 / 18 Sentyabr 2026
95
21:20 / 18 Sentyabr 2026
85
21:19 / 18 Sentyabr 2026
83
21:08 / 18 Sentyabr 2026
102
20:58 / 18 Sentyabr 2026
173
20:49 / 18 Sentyabr 2026
371
20:47 / 18 Sentyabr 2026
87
20:44 / 18 Sentyabr 2026
70
20:29 / 18 Sentyabr 2026
72
20:27 / 18 Sentyabr 2026
1804
20:24 / 18 Sentyabr 2026
211
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.