Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10495
az

Dualarımız niyə qəbul olunmur?

18:3602 Mart, 2019
1099
CƏMİYYƏT
  • A
Rəvayət olunduğuna görə səkkizinci əsrdə yaşamış məşhur övliyalardan olan İbrahim ibn Ədhəm bir gün Bəsrə bazarına gəlir. Oxu24.com bildirir ki, insanlar onu görüb ətrafına toplaşır və soruşurlar: "Ey, Əbu İshaq! Allah-təalaya dua etdiyimiz halda O, bizim dualarımızı nə üçün qəbul etmir?" Böyük sufi belə cavab verir:

"Çünki qəlbləriniz on şeyə görə ölüb:

1. Allaha inanır, ancaq Ona qulluq etməkdən qaçırsınız.

2. Quran oxuyur, ancaq onun buyruqlarını həyata keçirmirsiniz.

3. Muhamməd Mustafanın (s) ümmətindən olduğunuzu iddia edir, ancaq onun sünnəsinə əməl etmirsiniz.

4. Allahın verdiyi nemətləri yeyir, ancaq Ona şükr etmirsiniz.

5. Şeytanla düşmən olduğunuzu iddia etsəniz də, onun arxasınca gedir və onun istəyinə uyğun davranırsınız.

6. Cənnətə girmək istəyir, bunun üçün çalışmırsınız.

7. Cəhənnəmin həqiqət olduğunu dilə gətirir, amma ondan qaçmırsınız.

8. "Ölüm haqdır" desəniz də onun üçün hazırlıq görmürsünüz.

9. Yataqdan qalxdığınız andan etibarən insanlarda qüsur axtarırsınız, ancaq öz qüsurlarınızı unudursunuz.

10.Ölülərinizi dəfn edir, ancaq onlardan heç bir ibrət almırsınız."

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Müdafiə naziri türkiyəli həmkarına başsağlığı verdi
Sabiq ədliyyə naziri KOMAYA DÜŞDÜ -FOTO
Bu ölkədə ZƏHƏR QADAĞASI -İstila başladı, “siçovul taunu” yayılacaq