Qaynar xətt:

(+99450) 247 90 86

Qasımovun Rusiyadakı “Çayxana”sı da bağlandı

Qasımovun Rusiyadakı “Çayxana”sı da bağlandı

CƏMİYYƏT

347

27.03.2024, 13:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Krokus"da terror aktında şübhəli bilinən Əlişir Qasımova məxsus "Çayxana" kafesi fəaliyyətini dayandırıb.

OXU24.COM  axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, kafenin nə vaxt işləyəcəyi ilə bağlı məlumat verilməyib. Kafenin qonşuluğundakı hamam da fəaliyyətini dayandırıb. Hamamın qapısına bu gün bağlı olacağı ilə bağlı elan yapışdırılıb. Hamamın əməkdaşı bildirib ki, fəaliyyətin dayandırılması "Krokus"dakı teraktla bağlıdır:

"Çayxana" bağlıdır, bizə də bağlamağımızı söylədilər".

Qeyd edək ki, "Krokus"da terror aktı ilə bağlı ittiham olunan 32 yaşlı aşpaz və iş adamı Əlişir Qasımov iki ay müddətinə həbs olunub. O, 2014-cü ildən Rusiya vətəndaşıdır. Ə.Qasımov 3 otaqlı evini terrorçulara kirayə verməkdə və onlarla münasibət qurmaqda ittiham edilir.