Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10486
az

“Biz bu səviyyəyə əmi, dayı zəngi ilə gəlməmişik” - Afaq Bəşirqızı prezidentlə görüşdə kimə söz atıb?

12:3102 Mart, 2019
2169
CƏMİYYƏT
  • A
 
“Prezidentlə görüşdə irəli sürdüyüm təkliflərlə bağlı dünəndən bəri Mədəniyyət Nazirliyindən və digər yerlərdən mənə zənglər olur. Prezident artıq nazirə tapşırıqlarını verib”

Bu barədə Azvision.az -a Xalq artisti Afaq Bəşirqızı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın ötən gün mədəniyyət və incəsənət xadimləri ilə keçirdiyi görüşdən danışarkən deyib.

Aktrisa görüşdə üç təkliflə çıxış etdiyini bildirib: “Belə görüşlərin il ərzində iki- üç dəfə olması vacibdir. Cənab Prezidentin özü də bunu qeyd etdi. Mənim verdiyim təkliflərlə bağlı dünən gecədən Mədəniyyət Nazirliyindən və digər yerlərdən zənglər olur. Prezidentə aktyorların maaşının artırılması, teatrın birinci kateqoriyaya keçirilməsi , aktyorların evlə təmin olunması ilə bağlı təkliflər verdim. Çıxışım zamanı bildirdim ki, biz bu səviyyəyə ata, qardaş, əmi, dayı zəngi ilə gəlməmişik. Canımızı qoymuşuq. Dövlətin hörmətini, xalqın sevgisini qazanmışıq. Amma indi həmin o hörməti bizdən sonrakı nəsil üçün xərcləməliyik. Buna görə də, mənim vətəndaşlıq borcum idi ki, bütün bunları Prezidentə açıb deyim. Təkliflərin nəticələrini gözləyirəm. Prezident də çıxışında bir neçə dəfə mənim təkliflərimi təhlil etdi və nazirə göstərişlər verdi. Çünki aktyorların maddi durumu, sosial vəziyyətləri çox ağırdır. Biz səhnədə oynayırıq, həyatda oynaya bilmirik. Amma o demək deyil ki, biz susmayılıq”.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

TƏCİLİ: Rusiya bu şəhəri ələ keçirdi
Bu ölkələr hava məkanını bağladı
Şəmkirdə qanlı cinayət - Ölən var

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
8700 manatlıq iribuynuzlu heyvan oğurlayan şəxs saxlanıldı