Miras payı ilə bağlı MÜHÜM MƏLUMAT
09 Noyabr 2026, 19:44
Qaynar xətt:
(+99450) 247 90 86
AKTUAL
2433
31.01.2026, 19:26
Xəbər verdiyimiz ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ-ın ölkəsinə hücumu halında Amerikanın Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-dəki səfirliklərinin vurulacağı ilə hədələyib.
Laricanı niyə məhz bu 3 ölkəni hədələyib?
Oxu24.com-un bu sualını hərbi ekspert polkovnik Rövşən Məhərrəmov cavablandırıb.
O, bildirib ki, Fars körfəzindən vəziyyət həddindən artıq gərgindir. ABŞnin böyük bir hərbi qüvvəsi - təyyarə daşıyan gəmisi və onun müşahidə edən gəmiləri artıq üç yüz əlli kilometr İrandan aralıda lövbər salıb.
"Bu da İran dövləti üçün böyük təhlükədir. Əminəm,onu da bilirsiniz ki, İran köklü bir dövlətdir və nə Suriya, nə İraqa, nə də digər dövlətlərə bənzəyir. Baxmayaraq, müxtəlif embarqoların altındadır, amma neft satışından əldə etdiyi gəlirlərlə özünün silahlanmasını, hərbi sənayesini gücləndirmişdi.
Əsasən də orta və uzaq mənzilli ballistik, eyni zamanda qanadlı və qanadsız , pilotsuz uçuş aparatları və digər müasir tipli silahlar istehsal etmişdi. Elə 12 günlük müharibədə də gördük ki, İsrailin ərazisinə cavab zərbələri endirdilər.
Lariçanin açıqlamasında məhz o 3 dövlət ona görə hədələnir ki, ABŞ İran sərhəddinə silahlı gəmilərlə gəlsə də, 3 ölkədə ABŞ-yə məxsus hərbi bazalar fəaliyyət göstərir.
Lariçanidən əvvəl də İran generalları, həmçinin, digər məmurlar belə bir açıqlama vermişdilər ki, biz həmin bazalara zərbə endirə bilərik. Hətta Türkiyənin də adını çəkmişdilər. Çünki Türkiyədə ABŞ hərbi bazası var. Düzdür, son vaxtlar Türkiyə dövləti barədə belə açıqlama vermirlər , amma digər 3 dövlət İranın diqqətindədir. Üstəlik, bu dövlətlər - Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ ABŞ-ni bu müharibəyə görə dəstəklədiklərini açıq şəkildə bildirmişdilər .
İranın məsul şəxsinin bu üç ölkənin ərazisində yerləşən ABŞ səfirliklərini hədəfə alması bu səbəbdəndir"- deyə hərbi ekspert vurğulayıb.
Xatırladaq ki, İranı Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani hətta ötən həftə Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ də daxil olmaqla, bəzi regional ölkələrin rəsmiləri ilə əlaqə saxlayaraq, bu barədə xəbərdarlıq edib.
Əntiqə Rəşid
09:59 / 14 Noyabr 2026
67
09:46 / 14 Noyabr 2026
76
09:30 / 14 Noyabr 2026
71
09:29 / 14 Noyabr 2026
99
09:23 / 14 Noyabr 2026
92
08:09 / 14 Noyabr 2026
1268
01:15 / 14 Noyabr 2026
161
00:40 / 14 Noyabr 2026
314
00:02 / 14 Noyabr 2026
1184
23:58 / 13 Noyabr 2026
164
23:49 / 13 Noyabr 2026
162
23:40 / 13 Noyabr 2026
171
23:28 / 13 Noyabr 2026
164
23:22 / 13 Noyabr 2026
159
23:17 / 13 Noyabr 2026
432
23:09 / 13 Noyabr 2026
187
23:05 / 13 Noyabr 2026
153
23:02 / 13 Noyabr 2026
337
22:53 / 13 Noyabr 2026
165
22:49 / 13 Noyabr 2026
156
22:41 / 13 Noyabr 2026
156
22:36 / 13 Noyabr 2026
184
22:18 / 13 Noyabr 2026
172
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.