Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR:Qeydiyyata düşmək üçün...
11 Avqust 2026, 10:31
Qaynar xətt:
(+99450) 247 90 86
AKTUAL
18691
25.10.2025, 15:00
Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə general-mayor İlqar Rza oğlu Abbasov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib.
Oxu24.com vəzifəsini itirən general-mayorla bağlı yeni məlumatlar əldə edib.
O, rəsmi açıqlanan məlumatlarında Naxçıvan Dövlət Universitetinin Hüquq fakultəsini bitirməsini qeyd etsə də,ilk oxuduğu universitetin adını gizli saxlayıb.
Mənbənin saytımıza verdiyi məlumata görə,İlqar Abbasov hazırda fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin məzunu olub.
Məlumat üçün qeyd edək ki,sözügedən universitetin rektoru hazırda Fransada yaşayan və Bakının Nəsimi rayon məhkəməsinin qiyabi olaraq həbsə məhkum etdiyi və barəsində beynəlxalq axtarış qərarı çıxarılan Elşad Abdullayev idi.
İddiaya görə,O, həmin universitetə testdən kənar yolla qəbul olunubmuş.
Mətbuatın yazdığına görə,general-mayor rütbəsi daşıyan İlqar Abbasov gündəlik həyatda və vəzifə başında olarkən küçə söyüşlərindən istifadə edirmiş.
Belə ki, o, SOMDA-nın əməkdaşları ilə danışarkən bəzən qeyri-etik ifadələr də işlədirmiş.
Xatırladaq ki, İ.Abbasovun birinci müavini general-mayor İsmayıl Hüseynovla da arasında münaqişə yaşanıb. İsmayıl Hüseynov cəmi 9 gün əvvəl - oktyabrın 15-də vəzifəsindən azad edilib.
Fotoda İsfəndiyar Möhbalıyevdir
İlqar Abbasov öz müavini, millət vəkili Səttar Möhbalıyevin oğlu İsfəndiyar Möhbalıyevlə də problem yaşayıb. Bir müddət əvvəl isə onların arasındakı münaqişə sakitləşib.
Oxu24.com-un məlumatına görə, İsfəndiyar Möhbalıyev PA-nın keçmiş şöbə müdiri Əli Həsənovun kürəkənidir.
Fotoda qudalar Səttar Möhbalıyev və Əli Həsənovdur
Onu da qeyd edək ki,İlqar Abbasov Prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
Onun Prokurorluqda sonuncu iş yeri Bakı şəhər prokuroru vəzifəsi olub.
Xatırladaq ki,İlqar Abbasov Bakı şəhər prokuroru vəzifəsində olarkən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq şöbəsinin böyük prokuroru Azad Fətullayevi özünə köməkçi gətirmişdi.
İlqar Abbasovun hüquqi savadı yetərincə olmadığ üçün Azad Fətullayev onun bu və digər işlərinin icraçısı olub.
Lakin,İlqar Abbasov Bakı şəhər prokuroru olarkən də,tabeçiliyində olan şəxslərlə qeyri-etik münasibət sərgilədiyi üçün A.Fətullayev onunla işləməkdən imtina edibmiş.
Məlumat üçün qeyd edək ki,05 avqust 2014-cü ildə İlqar Abbasova III dərəcəli dövlət ədliyyə müşaviri (ədliyyə general-mayoru) ali xüsusi rütbəsi verilib. 28.09.2018-ci il tarixində “Vətənə xidmətə görə” III dərəcəli ordenlə təltif olunub.
15 iyul 2022-ci ildə Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsinə təyin olunub və ona general-mayor ali hərbi rütbəsi verilib.
Miri Məcidli
21:52 / 09 Oktyabr 2026
1
21:45 / 09 Oktyabr 2026
25
21:33 / 09 Oktyabr 2026
38
21:30 / 09 Oktyabr 2026
36
21:23 / 09 Oktyabr 2026
56
21:15 / 09 Oktyabr 2026
49
21:10 / 09 Oktyabr 2026
137
21:10 / 09 Oktyabr 2026
1063
20:59 / 09 Oktyabr 2026
50
20:55 / 09 Oktyabr 2026
69
20:42 / 09 Oktyabr 2026
77
20:28 / 09 Oktyabr 2026
101
20:12 / 09 Oktyabr 2026
76
20:01 / 09 Oktyabr 2026
82
19:49 / 09 Oktyabr 2026
72
19:38 / 09 Oktyabr 2026
75
19:25 / 09 Oktyabr 2026
178
19:20 / 09 Oktyabr 2026
108
19:15 / 09 Oktyabr 2026
79
19:08 / 09 Oktyabr 2026
75
18:59 / 09 Oktyabr 2026
72
18:50 / 09 Oktyabr 2026
77
18:46 / 09 Oktyabr 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.