Bakıdan Tiflisə qatarla getmək istəyənləri düşündürən bütün suallara RƏSMİ CAVAB
20 May 2026, 15:54
Qaynar xətt:
(+99450) 247 90 86
AKTUAL
3891
24.10.2025, 11:43
Zahid Oruc təxribatçıları İFŞA ETDİ
Prezident Administrasiyasının sabiq rəhbəri,Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti,akademik Ramiz Mehdiyev barəsində DTX-nin Baş İstintaq İdarəsi tərəfindən cinayət işi başlanılması və barəsində Səbail Rayon Məhkəməsi tərəfindən 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilməsi cəmiyyətdə böyük müzakirələrə səbəb olub.
Məlumata görə,Mehdiyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə ittiham olunur:
278-ci maddə – hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama;
274-cü maddə – dövlətə xəyanət;
193-cü maddə – cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma (yuyulma).
Qeyd olunan informasiya yayıldıqdan sonra Ramiz Mehdiyevin ətrafında müxtəlif adlar hallanmağa başladı.Həmin müzakirələr fonunda xaricdə oturub,işləri saxta məlumat hazırlamaq olan,bir qrup dəstə də fəallaşmağa başladı.Başda Məhəmməd Mirzəli olmaqla digərləri “feyk” məlumatlar hazırlamaqla ictimaiyyəti çaşdırmağa çalışdılar.Onların hədəfinə tuş gələnlərdən biri də Milli Məclisin İnsan hüquqları komitəsinin sədri,Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri,Azərbaycan Prezidentinə və Dövlətinə daim sadaqət sərgiləyən millət vəkili Zahid Oruc oldu.
Qeyd edək ki,mediada yayılan son məlumatlarda Zahid Orucun Ramiz Mehdiyevin əsas kadrlarından biri olduğu,ondan “dövlət adamı” obrazı düzəltməyə çalışdığı və “ata” adlandırdığı vurğulanırdı.
Bu və digər məsələlərlə bağlı millət vəkili Zahid Oruc Oxu24.com saytına açıqlama verib.Həmin açıqlamanı təqdim edirik:
“Xəyanət bütün hallarda bağışlanılmazdır.Onu törədənlər ən ağır cəzaya layiqdir.Mehdiyevin aşkar edilmiş cinayətləri özünü intihar və ya onun özünə qəsdidir.Çünki,bir adamın çevrəsində 10-20-30-50 adamın olması və Dövlət əleyhinə nəyisə etmək cəhdi yalnız ağılsızlıq kimi qiymətləndirilməlidir.Bu kimi hərəkətlərə hətta Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə cəhd edilsə də onların qarşısı qətiyyətlə alınmış və heç bir ciddi nəticə doğurmamışdır.
Şükr olsun,millətimiz və Ali Baş Komandanımızın rəhbərliyi altında Ramiz Mehdiyev sayaq fikirləşənlər hər zaman dəf edilib.Onların etmək istədikləri inqilablar istər rəngli olsun,istər rəngsiz sonu uğursuzluqla nəticələnib.Amma,Dövlət qorunub,saxlanıb daha da möhkəmlənib.İndi isə qələbə dövründə bu cür cəhdlərin heç bir uğurlu nəticəsi olası mümkün görünmür.
İkincisi,keçmiş dövrə bağlı söylənilən hər hansı iki,üç cümlə üzərində insanları hansısa komandalara,dairələrə,qruplara,maraqlara bölüb,linc edəndə bu bir nəfərin hamıya qarşı müharibəsinə bənzəyir.
Üçüncüsü,hər zaman Azərbaycan Dövlətinə və Dövlətçiliyinə,Ulu Öndərə və İlham Əliyev cənablarının apardığı siyasi xəttə ləyaqətlə xidmət etmişəm. Tərəfimdən bunu sübut etməyə çalışmaq,Dövlətçilik naminə gördüyümüz böyük işləri zədələyər,kölgə salar.Şükürlər olsun ki,Prezidentimiz və xalqımız kimin kim olduğunu yaxşı bilir.Belə şeyləri sübut,isbat etməyə ehtiyac yoxdur.
Baxın,bir daha söyləyirəm,Məhəmməd Mirzəli kimi ifunətli bir məxluqa məxsus “Made in Azərbaycan”ın fəaliyyətini 2021-ci ildə mənim təmsil etdiyim mərkəz araşdırmışdı.
Fotoda Məhəmməd Mirzəli
Bunu açıqca söyləmişik və bu media məkanında da var.Bunlar böyük bir qrup halındadır.Məhəmməd Mirzəli öz tərcümeyi- halını səhvsiz yazacaq bir durumda deyil. Ancaq,onun başçılıq etdiyi qrup hibrid mübarizə texnologiyasıdır.İndi də süni informasiya texnologiyaları ilə təchiz ediliblər.Onlar daim Dövlət əleyhinə kampaniyalar aparmaq,bölücülük salmaq və bu kimi təxribatlar yaratma,şərəfli və namuslu vətənpərvər insanları ləkələmək yolunu seçiblər.
Oktyabrın ortalarında mənə qarşı onlar tərəfdən informasiya hücumu oldu.Sizi inandırıram ki,bu “ata” söhbəti küfr və cəfəngiyyatdır.Nə kiməsə o sözü demişik, nə üzr məktubu olub...Bütün bunlar uydurmadır və məni ləkələyib,gözdən salmağa yönəlmiş uğursuz cəhdlərdir. Həmin cəfəngiyyatı bu gün də onlar ayrı-ayrı deputatların -Novruz Aslan,Elnarə Akimovanın və başqalarının üzərindən yaymağa can atırlar. Mən də deyilənlərə kəskin etirazımı bildirdim.Məncə, etirazım yerində oldu və eşidildi də...
Məlumdur ki,Məhəmməd Mirzəli və onun ifunət yuvası,eləcə də digər onun kimilər xaricdən idarə olunan Azərbaycan Dövlətinin əleyhinə yönəlmiş böyük bir şəbəkədirlər.Müxtəlif formada platformalar və ayrıca hesablar yaradıblar.Xalça sistemi ilə hər bir ilmədə,hər kanalda yerləşiblər.İctimai fikrə nəyisə çıxarırlar, bilərəkdən cəmiyyəti çaşdırırlar.İyrənc vasitələrlə insanlar linç olunur.
Özləri də bilməyərəkdən bəzi adamlar onların qurduğu bu tələyə düşürlər.Onlar əllərindəki vasitələrlə utanmadan hər gün Dövlətə,Dövlət başçısına, onun ailəsinə çirkin çamurlar atırlar.Dövlətə və Dövlət başçısına sədaqət göstərmək hər zaman borcumuzdur.Bu,dəqiqdir.Bu,doğrudur.Bunu hər yaşda,hər dönəmdə etməlisən.Xüsusi ilə də Dövlət sistemində çalışmayanda...Ona görə də bizim üçün bu məsələlərdə onlarla,yüzlərlə həm media, həm də sadə vətəndaş rəyləri,mövqeləri çox önəmlidir. Onların qurduğu tələyə düşən bir neçə insanlar var.Xaricdən gedən o yazıları sonra legitimləşdirirlər.
“Landramat” məsələsi də Norveçin bir məhəlli qəzetinə əvvəlcə sızdırıldı.Ordan qəzetlərə yansıtıldı,sonra “Herald Tribun”a atıldı.Ordan da artıq bizim ölkənin mediasına gətirildi.Bununla da “legitimlik” statusu qazandı.Bu,bir fəlakətdir.Bu,son dərəcə informasiya məkanının zərbə altında qalmasıdır.Onu iki fransız,bir alman idarə edir.Bu adamın yazmaq qabiliyyəti,qələmi yoxdur.Baxın,əsasən qısa videolar paylaşır... Media məkanımız bu fonda hibrid və çarpaz atəş altında daxili geniş diskusiyalar şəraitində olardısa,bu halda kənardan o cür texnologiyalar effekt doğurmazdı.Onlar özlərinə auditoriya yığa bilməzdi”,-deyə Zahid Oruc bildirib.
Miri Məcidli
22:04 / 24 May 2026
1
21:40 / 24 May 2026
118
21:39 / 24 May 2026
307
21:30 / 24 May 2026
99
20:41 / 24 May 2026
63
20:19 / 24 May 2026
83
20:11 / 24 May 2026
66
19:39 / 24 May 2026
80
19:09 / 24 May 2026
324
18:55 / 24 May 2026
153
18:37 / 24 May 2026
327
18:29 / 24 May 2026
111
18:03 / 24 May 2026
120
18:02 / 24 May 2026
525
17:50 / 24 May 2026
610
17:19 / 24 May 2026
130
17:17 / 24 May 2026
106
17:09 / 24 May 2026
132
16:49 / 24 May 2026
106
16:40 / 24 May 2026
487
16:00 / 24 May 2026
119
14:57 / 24 May 2026
131
14:47 / 24 May 2026
180
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.