Azərbaycanda BƏDBİN PROQNOZ: Müharibələrin hansı təsiri gözlənilir?
03 Mart 2026, 20:54
Qaynar xətt:
(+99450) 247 90 86
AKTUAL
3131
12.04.2025, 20:46
Cəmiyyətdə insanların qarşılaşdığı hallardan biri də panik tutmalar,yaxud panik ataklarla bağlıdır. Panik ataklar insanların sosial həyatına və sağlamlığına mənfi təsir etməklə onların bir növ kabusuna çevrilib.
Oxu24.com panik atak tutmaları zamanı xilas olmanın yolları ilə bağlı araşdırma aparıb.
Gecə vaxtı anidən panik atak baş verərsə və dərman yoxdursa, mən nə edə bilərəm?
Gəlin, əvvəlcə panik atakın nə olduğunu aydınlaşdıraq. Panik atak – qəfil və güclü qorxu hissi ilə müşayiət olunan bir vəziyyətdir. Bu zaman insan dərindən narahat olur, ürək döyüntüləri, nəfəs darlığı, titrəmə və ya başgicəllənməsi kimi fiziki əlamətlər yaşaya bilər.
Həmçinin oxuyun
Bu vəziyyət bir anda başlayıb, adətən bir neçə dəqiqə davam edir. Əksər insanlar elə bilirlər ki, du dəqiqə panik atakdan öləcəklər.Panik ataklar adətən gecə saatlarında,insanların yatmağa girdiyi vaxt tutur.Bu hal insanlıarda müxtəlif qaydada özünü göstərə bilir.Kimisi yaxınlarını itirməkdən,kimisi özünün ölməsindən,kimisi liftə minməkdən,kimisi suda boğulmaqdan və s. qorxur.
Bəs,panik atak tutarkən onu necə dəf edə bilərik?
Mövzu ilə bağlı saytımıza açıqlama verən Avropa Nevrologiya Akademiyasının üzvü nevroloq Qalib Əsədov bildirib ki, simpatik sinir sisteminin tonusunu aşağı salmaq üçün parasimpetiki artırmaq lazımdır. Bunu da biz tənəffüs hərəkətləri ilə edə bilərik. Hansıki, məktəb vaxtı qaçıb yorulduqdan sonra rahatlamaq üçün biz bu tənəffüs hərəkətlərini edirdik. Dərindən nəfəs alırıq 3 saniyə ərzində, daha sonra yavaş-yavaş nəfəsimizi buraxırıq. Həmçinin əllərimizi də yuxarı və yavaşca nəfəs verərək aşağı edə bilərik. 5-6 saniyə sonra parasimpatik tonusu qalxır və ürək yavaş-yavaş normallaşır. Yaxud göz bəbəyini yüngülcə təzyiq etdiyimizdə onda da parasimpetik sistemin tonusu qalxdığı üçün insan bir qədər rahatlaşır",-deyə nevroloq bildirib.
Hazırladı: Toğrul Əhmədzadə
01:09 / 05 Mart 2026
60
00:38 / 05 Mart 2026
63
00:31 / 05 Mart 2026
137
00:24 / 05 Mart 2026
93
23:58 / 04 Mart 2026
95
23:10 / 04 Mart 2026
135
22:49 / 04 Mart 2026
169
22:43 / 04 Mart 2026
113
22:20 / 04 Mart 2026
103
21:59 / 04 Mart 2026
117
21:48 / 04 Mart 2026
99
21:29 / 04 Mart 2026
106
21:17 / 04 Mart 2026
176
21:06 / 04 Mart 2026
248
20:52 / 04 Mart 2026
360
20:41 / 04 Mart 2026
320
20:17 / 04 Mart 2026
322
20:05 / 04 Mart 2026
112
19:49 / 04 Mart 2026
120
19:35 / 04 Mart 2026
505
19:25 / 04 Mart 2026
145
19:23 / 04 Mart 2026
1997
19:21 / 04 Mart 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.