Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR:Qeydiyyata düşmək üçün...
11 Avqust 2026, 10:31
Qaynar xətt:
(+99450) 247 90 86
AKTUAL
1857
01.04.2025, 11:26
Azərbaycan Ordusunun Şəhid general-mayoru Polad Həşimovun arxiv fotosu yayılıb.
Oxu24.com xəbər verir ki, foto Polad Həşimovun ailə üzvləri ilə birgə uşaqlıq dövrünü əks etdirir.
Qardaşı İlham Həşimov(ortada əyləşən) bacıları Kəmalə xanım (solda) və Arzu xanım (sağda).
Qeyd edək ki, fotonu Şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu paylaşıb.
Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır.
P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək hərbçi olub.
General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. Onun şəhid olması xəbərini ictimaiyyətə Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev dərin hüznlə çatdırıb. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.
Prezident İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası ilə telefonla danışıb və şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.
2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.
Xatırladaq ki, P.Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub. 2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırılıb.
P.Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən hərbi əməliyyatlar zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib. O, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.
2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib. Bakı şəhərinin küçələrindən biri də Azərbaycanın Milli Qəhrəmanının adını daşıyır.
P.Həşimovun adı Türkiyədə də əbədiləşdirilib. Belə ki, Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adının verildiyi yeni park salınıb.
P.Həşimovun iki oğul və bir qız övladı yadigar qalıb.
Miri Məcidli
02:23 / 23 Avqust 2026
34
22:37 / 22 Avqust 2026
83
21:49 / 22 Avqust 2026
140
21:35 / 22 Avqust 2026
95
20:40 / 22 Avqust 2026
103
20:15 / 22 Avqust 2026
131
20:14 / 22 Avqust 2026
104
19:59 / 22 Avqust 2026
74
19:48 / 22 Avqust 2026
118
19:33 / 22 Avqust 2026
111
18:55 / 22 Avqust 2026
180
18:26 / 22 Avqust 2026
96
18:21 / 22 Avqust 2026
117
13:55 / 22 Avqust 2026
119
13:36 / 22 Avqust 2026
746
13:34 / 22 Avqust 2026
117
13:31 / 22 Avqust 2026
119
12:55 / 22 Avqust 2026
124
12:55 / 22 Avqust 2026
108
12:35 / 22 Avqust 2026
99
12:34 / 22 Avqust 2026
137
12:15 / 22 Avqust 2026
99
11:59 / 22 Avqust 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.