Qaynar xətt:

(+99450) 247 90 86

Rayonlara avtobuslar nə vaxt işləyəcək? (AÇIQLAMA)

REDAKTORUN SEÇİMİ

1620

23.05.2020, 10:18

"Bakı Beynəlxalq Avtovağzalından Sumqayıta gedən avtobuslarda sosial izoliyasiya qaydalarına ciddi nəzarət olunur."
Oxu24.com xəbər verir ki, bunu ATV-yə açıqlamaslnda Bakı Beynəlxalq Avtovağzalın mətbuat katibi Pərvin Məmmədova bildirib. O, Bakıdan rayonlara avtobusların işləməsi ilə bağlı suala da aydınlıq gətirib: "Düşünürük ki, növbəti mərhələdə ictimai nəqliyyatın bərpasına icazə verilərsə, Bakı Beynəlxalq kompleksi buna hazırdır. Amma bu Operativ Qərargahın verəcəyi qərardan asılıdır. Hazırda uzun məsafələrdə sərnişinlərin sıx getməsinə icazə verilmir. Bu məsələ ilə bağlı yoluxma sayını minumuma endirmək üçün hazırda müəyyən addımlar atılır".