Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Azərbaycanda yoluxma 17 mini keçdi: Ölənlər var

CƏMİYYƏT

1245

30.06.2020, 18:05

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 556 yeni yoluxma faktı qeydə alınıb, 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Oxu24.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 17 524 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9 715 nəfər müalicə olunaraq sağalıb, 213 nəfər vəfat edib,

7 596 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 645, ötən müddət ərzində isə ümumilikdə 482 170 test aparılıb.