Azərbaycan WUF13-ün yekunlarını Niderlandda təqdim edib
27 May 2026, 16:41
Qaynar xətt:
(+99450) 247 90 86
TƏHSİL
623
22.05.2026, 13:02
Şəkidə “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun rəqəmsal kadastr sisteminin yaradılmasına başlanılıb.
Oxu24.com xəbər verir ki, bu barədə Şəkinin Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin direktoru Gülnarə Əliyeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) çərçivəsində təşkil olunmuş “Şəhərlərdə rəqəmsal transformasiya” adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, sistem qoruq ərazisinin idarə olunmasının təkmilləşdirilməsi məqsədilə həyata keçirilir.
Gülnarə Əliyeva bildirib ki, yeni sistem qoruq ərazisində yerləşən torpaq sahələri, tikililər və mülkiyyət formaları üzrə məlumatların vahid rəqəmsal platformada toplanmasını və sistemləşdirilməsini təmin edəcək.
"Rəqəmsal kadastr sisteminin tətbiqi tarixi qoruğun daha effektiv idarə olunmasına, eləcə də məlumat bazasının dəqiq və şəffaf şəkildə formalaşdırılmasına imkan yaradacaq", - Gülnarə Əliyeva vurğulayıb.
O əlavə edib ki, qeyd olunan layihə həm şəhərsalma idarəçiliyinin təkmilləşdirilməsi, həm də tarixi-mədəni irsin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
15:13 / 11 Noyabr 2026
24
15:07 / 11 Noyabr 2026
54
14:51 / 11 Noyabr 2026
82
14:43 / 11 Noyabr 2026
103
14:39 / 11 Noyabr 2026
85
14:36 / 11 Noyabr 2026
76
14:26 / 11 Noyabr 2026
197
14:13 / 11 Noyabr 2026
501
13:58 / 11 Noyabr 2026
234
13:54 / 11 Noyabr 2026
491
13:48 / 11 Noyabr 2026
136
13:44 / 11 Noyabr 2026
181
13:41 / 11 Noyabr 2026
101
13:33 / 11 Noyabr 2026
243
13:27 / 11 Noyabr 2026
160
13:19 / 11 Noyabr 2026
99
13:13 / 11 Noyabr 2026
105
12:57 / 11 Noyabr 2026
168
12:54 / 11 Noyabr 2026
171
12:48 / 11 Noyabr 2026
129
12:44 / 11 Noyabr 2026
198
12:35 / 11 Noyabr 2026
319
12:32 / 11 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.