Azərbaycan WUF13-ün yekunlarını Niderlandda təqdim edib
27 May 2026, 16:41
Qaynar xətt:
(+99450) 247 90 86
WUF13
524
22.05.2026, 12:33
“Cəbrayıl, Qubadlı və Zəngilanda dağıdılmış binalar, xarabalıqlar və müharibənin yaratdığı nəticələri gördük. Həmin xarabalıqlar və dağılmış tikililər vaxtilə Şərqi Zəngəzurda yerləşən canlı şəhər və kəndlərin qalıqlarıdır".
Oxu24.com xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Urbisiddən Dirçəlişə: Azərbaycanın Azad Olunmuş Ərazilərində Dayanıqlı Yenidənqurma, Yenidən Məskunlaşma və İnkişaf” adlı tədbirdə Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.
O bildirib ki, işğal nəticəsində yüz minlərlə insan öz evindən didərgin salındı, ailələr parçalandı və bölgə genişmiqyaslı dağıntıya məruz qaldı: “Dağıntılar yalnız binalarla məhdudlaşmırdı. Bu, urbisidin – şəhər həyatının və yaşayış məkanlarının məqsədli şəkildə məhv edilməsinin faciəvi nümunəsi idi. Bununla yanaşı, tarixi, mədəni və dini irsin dağıdılması ilə müşayiət olunan kultursid də baş verdi. Bu gün isə artıq bərpasına başlanmış ərazilərdən danışırıq. Gündəlik qarşılaşdığımız əsas problemlərdən biri mina təhlükəsidir. Minalar hələ də mövcuddur və təhlükə yaratmağa davam edir. Bununla belə, insanların yaşadığı ərazilər kifayət qədər təhlükəsizdir. Mina problemi hələ də əsas çağırışlardan biri olaraq qalır və insanların təhlükəsizliyini təmin edən minatəmizləyənlərin yorulmaz fəaliyyəti xüsusi qeyd olunmalıdır”.
O diqqətə çatdırıb ki, əsas prioritet yalnız evlər tikmək deyil: “Məqsəd insanların ləyaqətli və rifahlı həyat sürəcəyi infrastruktur formalaşdırmaq idi. Yeni yaşayış məntəqələri resursların səmərəli idarə olunması, enerji effektivliyi, müasir ictimai xidmətlər və ekoloji dayanıqlılıq prinsiplərinə uyğun şəkildə layihələndirilir. Məqsədimiz yalnız evlər tikmək deyil, keçmiş məcburi köçkünlərin ləyaqətlə və uzunmüddətli rahatlıq şəraitində yaşaya biləcəyi təhlükəsiz və dayanıqlı icmalar yaratmaqdır.
İlk inşa etdiyimiz kənd Zəngilanda yerləşən Ağalı kəndi oldu. Hazırda onun yaxınlığında Məmmədbəyli kəndi də mövcuddur. Dron görüntülərində solda Ağalı, sağda isə Məmmədbəyli kəndini görmək mümkündür. Ortada isə insanların gündəlik istifadə etdiyi dövlət xidmətlərinin yerləşdiyi ictimai xidmət mərkəzi yerləşir. Burada məktəb, uşaq bağçası və digər sosial obyektlər fəaliyyət göstərir. Kənddəki bütün evlər günəş panelləri ilə təchiz olunub. Bölgəmizdə günəş enerjisi potensialı yüksək olduğuna görə bu texnologiyadan geniş istifadə edilir”.
20:50 / 27 İyul 2026
15
20:19 / 27 İyul 2026
61
20:00 / 27 İyul 2026
78
19:59 / 27 İyul 2026
67
19:46 / 27 İyul 2026
383
19:30 / 27 İyul 2026
97
19:15 / 27 İyul 2026
80
19:13 / 27 İyul 2026
98
19:02 / 27 İyul 2026
87
18:48 / 27 İyul 2026
656
18:45 / 27 İyul 2026
109
18:33 / 27 İyul 2026
76
18:30 / 27 İyul 2026
739
18:22 / 27 İyul 2026
80
18:20 / 27 İyul 2026
2870
18:10 / 27 İyul 2026
96
17:59 / 27 İyul 2026
91
17:40 / 27 İyul 2026
95
17:23 / 27 İyul 2026
205
17:07 / 27 İyul 2026
98
17:00 / 27 İyul 2026
95
16:42 / 27 İyul 2026
93
16:21 / 27 İyul 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.