Azərbaycan WUF13-ün yekunlarını Niderlandda təqdim edib
27 May 2026, 16:41
Qaynar xətt:
(+99450) 247 90 86
TƏHSİL
568
22.05.2026, 11:26
Mərakəş xüsusilə yeni inkişaf modeli və qabaqcıl regionalizasiya islahatları vasitəsilə dayanıqlılığı və ərazi bərabərliyini öz baxışının mərkəzinə qoyub.
APA xəbər verir ki, bu barədə Mərakeşin Milli Ərazi Planlaşdırılması, Şəhərsalma, Mənzil və Şəhər Siyasəti Nazirliyi yanında Milli Mənzil Şurasının Baş katibi Fatna Şihab Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Yeni Şəhərsalma Gündəliyi (NUA) üzrə növbəti 10 il üçün birgə səylərimiz" adlı tədbirdə bildirib.
"Konkret təsirlər baxımından, ölkədə yeni şəhərsalma gündəliyinin həyata keçirilməsi yaşayış siyasətimizdə tarixi bir paradiqma dəyişikliyi ilə əlamətdar olub. Mənzil yardımı proqramı ilə krallıq, tikinti şirkətlərinə edilən dolayı dəstəkdən ailələrə birbaşa maliyyə yardımına keçib", - Fatna Şihab qeyd edib.
O əlavə edib ki, artıq 2 il ərzində 46%-i qadınlar olmaqla, 100 mindən çox ailə bundan faydalanıb.
"Eyni zamanda, 3 800 kənd yaşayış məntəqəsini şəhərsalma sənədləri ilə əhatə etmək üçün görülən tarixi səylər kənd-şəhər davamlılığını daha yaxşı idarə etməyə imkan verib. Həmçinin, tramvay şəbəkələrinin genişləndirilməsi və yüksək xidmət səviyyəli avtobusların tətbiqi ilə dayanıqlı mobilliyə keçidi qeyd etmək lazımdır ki, bu da ölkənin karbonsuz və əlçatan nəqliyyat öhdəliyini reallaşdırıb", - Fatna Şihab vurğulayıb.
15:27 / 11 Noyabr 2026
1
15:13 / 11 Noyabr 2026
50
15:07 / 11 Noyabr 2026
77
14:51 / 11 Noyabr 2026
92
14:43 / 11 Noyabr 2026
123
14:39 / 11 Noyabr 2026
124
14:36 / 11 Noyabr 2026
88
14:26 / 11 Noyabr 2026
206
14:13 / 11 Noyabr 2026
576
13:58 / 11 Noyabr 2026
254
13:54 / 11 Noyabr 2026
499
13:48 / 11 Noyabr 2026
141
13:44 / 11 Noyabr 2026
191
13:41 / 11 Noyabr 2026
105
13:33 / 11 Noyabr 2026
251
13:27 / 11 Noyabr 2026
169
13:19 / 11 Noyabr 2026
100
13:13 / 11 Noyabr 2026
106
12:57 / 11 Noyabr 2026
170
12:54 / 11 Noyabr 2026
175
12:48 / 11 Noyabr 2026
130
12:44 / 11 Noyabr 2026
204
12:35 / 11 Noyabr 2026
325
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.