Qaynar xətt:

(+99450) 247 90 86

Biz onu “Qafqazın Xirosiması” adlandırırıq - Prezident 

Biz onu “Qafqazın Xirosiması” adlandırırıq - Prezident 

WUF13

81

18.05.2026, 14:37

Hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır.

Oxu24.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı deyib.

Dövlətimizin başçısı Qarabağın və Şərqi Zəngəzurun 30 ilə yaxın Ermənistanın işğalı altında olduğunu xatırladaraq orada hərtərəfli miqyaslı dağıntılar olduğunu bildirib.

Ziyarətçilərin Ağdamı Xirosimaya bənzətdiklərini də vurğulayan Prezident qeyd edib: “Biz onu “Qafqazın Xirosiması” adlandırırıq, çünki şəhər demək olar ki, mövcud deyil”.