HPV təhlükəlidir?
28 Yanvar 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
847
25.12.2019, 19:58
Anemiya - qanda hemoqlobinin miqdarının azalmasıdır.Yaranma səbəblərindən asılı olaraq anemiyanın bir neçə növü ayırd edilir: dəmir defisitli, hemolitik, B12 vitamin çatışmazlığından yaranan, meqaloblast, aplastik. Xəstəliyin ən geniş yayılmış forması hemoqlobində dəmir çatışmazlığından yaranmış dəmir defisitli anemiyadır. Hemoqlobin - orqanizmdə oksigen daşıyan maddədir.
Yer kürəsinin əhalisinin 1/3-i dəmir defisitli anemiyadan əziyyət çəkir. Xəstəlik kişilərin təqribən 10%-də aşkar olunub, lakin daha çox reproduktiv dövrdə olan qadınlarda, hamilə qadınlarda, süd verən analarda və uşaqlarda rast gəlinir. Anemiya hipoksiyaya gətirib çıxarır. Bu isə orqanların funksiyalarını məhdudlaşdıra bilər.
Dəmir çatışmazlığından daha çox əziyyət çəkənlər:
-Mestruasiyası çox olan cavan qadınlar.
-Bağırsağın xroniki xəstəlikləri (Kron xəstəliyi, kolit) olan insanlar, bu zaman bağırsaq divarının zədələnməsi və dəmirin sorulması pozulur.
-Ciddi pəhriz saxlayanlar, vegeterianlar - belə ki, onların qida rasionunda kifayət qədər yaxşı mənimsənilən formada dəmir olmur.
Həmçinin oxuyun
-Mədə və ya bağırsağın bir hissəsinin rezeksiyası olan insanlar.
-İntensiv inkişaf dövründə olan uşaqlar.
-Ahıl yaşda olan insanlar
Dəmir çatışmazlığının əsas simptomları. Dəmir çatışmazlığı fiziki iş qabiliyyətinin aşağı düşməsinə, koqnitiv pozuntulara, inkişafın ləngiməsinə, hamiləliyin xoşagəlməz nəticələrinə, immunitetin və bədən temperaturunun tənzimlənməsinin pozulmasına gətirib çıxarır. Anemiyanın ümumi simptomatik təzahürləri: ümumi halsızlıq, solğun və quru dəri, əmək qabiliyyətinin azalması, tez yorulma, yuxululuq, əhval-ruhiyyənin tez-tez dəyişməsi, əsəbilik, baş ağrıları və qulaqlarda küy, gözlərin qaralması, baş gicəllənməsi, təngnəfəlik, dırnaqların və saçların kövrəkləşməsi, ürəkdə ağrı, əzələlərdə zəiflik, bayılma hallarıdır.
Dəmir çatışmazlığının aradan qaldırılma yolları. Dəmir çatışmazlığının müalicəsində 2 əsas qaydaya riayət olunmalıdır: əvvəlcə bu patologiyanın inkişafına gətirib çıxaran birbaşa səbəbi müəyyənləşdirərək qarşısını almaq və dəmir tərkibli dərmanlarla dəmir defisitini aradan qaldırmaq
08:33 / 29 Yanvar 2026
16
03:57 / 29 Yanvar 2026
116
02:14 / 29 Yanvar 2026
139
02:12 / 29 Yanvar 2026
97
02:11 / 29 Yanvar 2026
144
02:08 / 29 Yanvar 2026
184
02:06 / 29 Yanvar 2026
81
02:02 / 29 Yanvar 2026
493
01:53 / 29 Yanvar 2026
152
01:46 / 29 Yanvar 2026
133
01:42 / 29 Yanvar 2026
207
01:33 / 29 Yanvar 2026
118
01:30 / 29 Yanvar 2026
80
01:23 / 29 Yanvar 2026
105
01:16 / 29 Yanvar 2026
744
01:13 / 29 Yanvar 2026
106
01:09 / 29 Yanvar 2026
99
00:54 / 29 Yanvar 2026
2633
00:54 / 29 Yanvar 2026
116
00:38 / 29 Yanvar 2026
87
00:27 / 29 Yanvar 2026
155
00:24 / 29 Yanvar 2026
98
00:12 / 29 Yanvar 2026
436
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.