Trombdan qorunmaq üçün səhərlər bunu edin!
01 Noyabr 2026, 21:49
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
279
01.09.2026, 15:10
İrsi xəstəliklər genetik xüsusiyyətlərdən asılı olaraq valideynlərdən övladlara ötürülə bilən patologiyalar qrupuna daxildir. Bu xəstəliklərin bir qismi birbaşa genetik mutasiyalarla əlaqəli olduğu halda, bəzilərində xəstəlik deyil, ona meyillilik irsi olaraq ötürülə bilər. Qan xəstəlikləri arasında da genetik mənşəli patologiyalar xüsusi yer tutur.
Oxu24.com xəbər verir ki,mütəxəssislərin sözlərinə görə, Azərbaycanda müxtəlif irsi qan xəstəliklərinə rast gəlinir. Onların arasında talassemiya, bəzi eritrosit fermentopatiyaları və membranopatiyalar, həmçinin qan laxtalanma sisteminin irsi pozğunluqları mühüm yer tutur.
Qan xəstəliklərinin əhəmiyyətli bir hissəsi irsi xarakter daşıyır. Onun sözlərinə görə, Azərbaycanda geniş yayılmış irsi qan xəstəliklərindən biri talassemiyadır.
Talassemiya hemoqlobinin strukturunu və ya sintezini təmin edən genlərdəki dəyişikliklərlə əlaqəli irsi qan xəstəliyidir. Xəstəliyin müxtəlif formaları mövcuddur və ağır formalarında xroniki anemiya müşahidə oluna bilər.
İrsi qan xəstəlikləri yalnız talassemiya ilə məhdudlaşmır. Eritrositlərin funksiyasına təsir edən fermentopatiyalar və onların quruluşunu dəyişdirən membranopatiyalar da genetik mənşəli ola bilər. Bu xəstəliklərin bəzi formalarında eritrositlərin vaxtından əvvəl parçalanması – hemoliz baş verə bilər.
İrsi qan xəstəliklərinin digər qrupuna isə qan laxtalanma pozğunluqları daxildir. Bu xəstəliklər arasında hemofiliya xüsusi yer tutur. Hemofiliyanın ən geniş yayılmış formaları X xromosomu ilə əlaqəli irsi xəstəliklərdir. Bu səbəbdən xəstəlik əsasən kişilərdə klinik şəkildə özünü göstərir, qadınlar isə bəzi hallarda xəstəliyin daşıyıcısı ola bilərlər.
“İrsi xəstəlik atadan mütləq şəkildə övlada keçir” yanaşması düzgün deyil. Xəstəliyin ötürülmə ehtimalı onun genetik irsiyyət tipindən asılıdır. Bəzi xəstəliklər autosom-dominant, bəziləri autosom-resessiv, digərləri isə X xromosomu ilə əlaqəli şəkildə ötürülür.
Bu baxımdan irsi qan xəstəliklərinin erkən aşkarlanması, ailə planlaşdırılması zamanı genetik məsləhətləşmənin aparılması və risk qrupunda olan şəxslərin müayinəsi xəstəliklərin gələcək nəsillərə ötürülməsi riskinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Jalə
22:04 / 01 Noyabr 2026
1
21:49 / 01 Noyabr 2026
73
21:49 / 01 Noyabr 2026
62
21:26 / 01 Noyabr 2026
140
21:14 / 01 Noyabr 2026
161
20:55 / 01 Noyabr 2026
113
20:49 / 01 Noyabr 2026
85
20:35 / 01 Noyabr 2026
537
20:24 / 01 Noyabr 2026
110
20:20 / 01 Noyabr 2026
285
19:59 / 01 Noyabr 2026
130
19:55 / 01 Noyabr 2026
179
19:50 / 01 Noyabr 2026
364
19:36 / 01 Noyabr 2026
118
19:28 / 01 Noyabr 2026
100
19:15 / 01 Noyabr 2026
354
19:09 / 01 Noyabr 2026
202
19:01 / 01 Noyabr 2026
1355
19:00 / 01 Noyabr 2026
95
18:57 / 01 Noyabr 2026
122
18:24 / 01 Noyabr 2026
88
17:00 / 01 Noyabr 2026
104
16:37 / 01 Noyabr 2026
731
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.