Onkoloji xəstələr niyə dərmansız qalır? – Ekspertdən AÇIQLAMA
07 Noyabr 2026, 10:44
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
388
24.08.2026, 15:53
Ürək-damar xəstəlikləri müasir dövrdə ən çox rast gəlinən və həyatı təhlükə altına alan problemlərdən biridir. Çox vaxt infarkt və insult riskinin əsas səbəbi kimi qanda xolesterin səviyyəsinin yüksək olması göstərilir. Lakin son elmi araşdırmalar sübut edir ki, xolesterin göstəriciləri tam norma daxilində olan şəxslərdə də qəfil infarkt riskləri mövcuddur. İrsi amillər, erkən yaşda damar tıxanması və stent müalicəsi alan xəstələrdə gizli qalan başqa bir risk faktoru var. Məsələ ilə bağlı invaziv kardioloq Dr. Üzeyir Rəhimov xəbərdarlıq edərək vacib məqamlara toxunub.
Dr. Üzeyir Rəhimov bildirib ki, xolesterin səviyyəsi tam ideal olan, lakin erkən yaşda stent qoyulan, damar tutulması yaşayan və ya genetik ürək problemi olan şəxslərin bir çoxunda Lipoprotein (a) tərkibi yüksək göstəriciyə malikdir:
“Lipoprotein (a) bədəndəki ən kiçik, lakin ən təhlükəli xolesterin növü hesab olunur. Adi "pis xolesterin"dən fərqli olaraq, o yalnız damarları tutmur, həm də qapaqlarda kirəclənməyə səbəb olur”.
Həkim aşağıdakı risk qrupuna daxil olan şəxslərin və onların ailə üzvlərinin mütləq Lipoprotein (a) analizi verməsini tövsiyə edib:
•Ailəsində irsi və genetik ürək-damar xəstəliyi olanlar
•Gənc yaşda infarkt keçirənlər və ya stent qoyulanlar
•Stentləri və ya damar şuntları tez-tez tutulan xəstələr
•Erkən yaşda aorta qapaq darlığı diaqnozu qoyulanlar
Onun sözlərinə görə, hazırda aparılan son elmi araşdırmalar Lipoprotein (a) səviyyəsini düşürən dərman preparatlarının ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaltdığını sübut edib:
“Yaxın zamanlarda bu preparatların geniş istifadəyə verilməsi ilə ürək xəstəliklərinin müalicəsində böyük bir dönüş yaranacağı gözlənilir.
Ürək-damar sağlamlığınızı qorumaq üçün vaxtında müayinələrdən keçməyi və həkim tövsiyələrinə riayət etməyi unutmayın. Sağlamlıqla qalın!”
04:25 / 09 Noyabr 2026
177
02:31 / 09 Noyabr 2026
169
01:34 / 09 Noyabr 2026
195
01:20 / 09 Noyabr 2026
362
01:10 / 09 Noyabr 2026
287
01:06 / 09 Noyabr 2026
166
00:58 / 09 Noyabr 2026
290
00:50 / 09 Noyabr 2026
202
00:29 / 09 Noyabr 2026
743
00:25 / 09 Noyabr 2026
461
00:21 / 09 Noyabr 2026
164
00:17 / 09 Noyabr 2026
139
00:12 / 09 Noyabr 2026
140
23:49 / 08 Noyabr 2026
196
23:45 / 08 Noyabr 2026
175
23:18 / 08 Noyabr 2026
1149
23:14 / 08 Noyabr 2026
182
23:09 / 08 Noyabr 2026
262
23:07 / 08 Noyabr 2026
226
22:35 / 08 Noyabr 2026
503
22:32 / 08 Noyabr 2026
420
22:16 / 08 Noyabr 2026
168
22:07 / 08 Noyabr 2026
204
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.