Onkoloji xəstələr niyə dərmansız qalır? – Ekspertdən AÇIQLAMA
07 Noyabr 2026, 10:44
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
219
14.08.2026, 12:45
Bipolyar affektiv pozuntu müasir dövrdə ən çox müzakirə olunan psixoloji problemlərdən biridir. Xroniki xarakter daşıyan bu xəstəlik haqqında cəmiyyətdə tez-tez "müalicəsi yoxdur" kimi yanlış fikirlərə rast gəlinir. Bəs əslində bipolyar pozuntu necə idarə olunur və müalicə mərhələləri nələrdən ibarətdir?
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən həkim-psixiatr Aytən Namazova bipolyar affektiv pozuntu və onun müalicə yolları haqqında ətraflı məlumat verib.
Bipolyar pozuntu nədir?
Həkimin sözlərinə görə, bipolyar pozuntu xroniki və dalğavari xarakter daşıyan bir xəstəlikdir. Xəstəlik iki əsas qütbdən ibarətdir:
•Müsbət qütb: Hipomaniya və maniya epizodları ilə müşayiət olunur.
•Mənfi qütb: Depressiv epizodlarla özünü göstərir.
Müalicə necə aparılır?
Aytən Namazova bildirib ki, müalicənin əsas məqsədi farmakoterapiya (dərman müalicəsi) vasitəsilə epizodların təkrarlanmasının qarşısını almaqdır:
•Maniya və Hipomaniya zamanı: Əhval-ruhiyyə stabilləşdiricilərindən (məsələn, litium preparatları, valproat turşusu, lamotricin) və antipsixotiklərdən istifadə olunur.
•Depressiv epizodlar zamanı: Əhval-ruhiyyə stabilləşdiriciləri ilə yanaşı antidepressantlar da təyin oluna bilər. Lakin həkim vurğulayır ki, antidepressantların dozalanmasında çox ehtiyatlı olmaq lazımdır; əks halda xəstə dərhal manikal epizoda keçə bilər.
•Remissiya mərhələsi: Xəstəliyin simptomları sönəndə belə, vəziyyəti sabit saxlamaq və tutmaların təkrar olunmaması üçün əhval-ruhiyyə stabilləşdiriciləri və antipsixotiklər uzunmüddətli (bəzən ömürlük) təyin edilir.
Cəmiyyətdəki ümidsiz yanaşmalara toxunan psixiatr xəstələrin dərman müalicəsi və düzgün diaqnoz sayəsində illərlə davam edən remissiya (sağalma/sakitlik) mərhələsinə keçə bildiklərini vurğulayıb:
"Düzgün diaqnoz və doğru doza ilə aparılan müalicə sayəsində bipolyar pozuntudan əziyyət çəkən şəxslər tam şəkildə normal həyata qayıda bilərlər. Onlar öz peşə fəaliyyətlərini (məllim, həkim və s.) davam etdirə, ailə qurub övlad sahibi ola bilərlər”.
16:34 / 08 Noyabr 2026
202
16:25 / 08 Noyabr 2026
58
16:12 / 08 Noyabr 2026
109
16:06 / 08 Noyabr 2026
143
15:17 / 08 Noyabr 2026
139
15:13 / 08 Noyabr 2026
450
14:59 / 08 Noyabr 2026
120
14:54 / 08 Noyabr 2026
114
14:49 / 08 Noyabr 2026
124
14:44 / 08 Noyabr 2026
232
14:31 / 08 Noyabr 2026
130
13:45 / 08 Noyabr 2026
309
13:35 / 08 Noyabr 2026
725
13:21 / 08 Noyabr 2026
159
13:16 / 08 Noyabr 2026
153
13:06 / 08 Noyabr 2026
153
12:47 / 08 Noyabr 2026
834
12:46 / 08 Noyabr 2026
134
12:39 / 08 Noyabr 2026
132
12:35 / 08 Noyabr 2026
787
12:29 / 08 Noyabr 2026
160
12:28 / 08 Noyabr 2026
154
12:27 / 08 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.