Qaynar xətt:

(+99450) 247 90 86

Kombi istifadə edənlərin NƏZƏRİNƏ 

Kombi istifadə edənlərin NƏZƏRİNƏ 

CƏMİYYƏT

104

08.11.2026, 15:13

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir.

Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq? Kombini hər il yuduzdurmaq lazımdırmı? Texniki baxış və yuma hansı hallarda zəruridir və bunun qiyməti nə qədərdir? Qış boyu evin istiliyini qoruyarkən enerjiyə və qaza qənaət etmək üçün hansı məqamlara diqqət yetirilməlidir?

Oxu24.com  mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

İstilik və soyutma sistemləri üzrə mütəxəssis Səxavət Orucovun sözlərinə görə, kombini qış mövsümünə hazırlayarkən ilk növbədə peşəkar mütəxəssis tərəfindən texniki baxış keçirilməlidir. Bu zaman kombinin elektrik, qaz və su sistemləri, eləcə də radiator xətləri yoxlanılmalıdır.

"Elektrik şəbəkəsinə qoşularaq mühərrikin, fanın və digər komponentlərin işlək vəziyyətdə olub-olmaması yoxlanılır. Eyni zamanda, qazın normal yanıb-yanmadığı və tənzimləyici sistemlər yoxlanılır. Daha sonra radiatorlar və istilik xətləri nəzərdən keçirilir. Lazım gəldikdə radiatorlar təmizlənir, sistem yenidən yığılır və nasaz detallar dəyişdirilir", - deyə ekspert bildirib.

Kombini hər il yuduzdurmaq lazımdırmı?

S.Orucov hesab edir ki, kombinin hər il yuyulması mütləq deyil. Əsas məsələ cihazın texniki vəziyyətidir. Bununla belə, radiator xətlərinin və istilik sisteminin ildə bir dəfə təmizlənməsi faydalıdır.

Ekspertin sözlərinə görə, kombinin yuyulmasının vahid qiyməti yoxdur. Məbləğ mənzilin sahəsindən, kombinin gücündən və sistemin vəziyyətindən asılıdır. 60-70 kvadratmetrlik mənzillərdə 18 və ya 24 kilovatlıq kombinin yuyulması adətən 50-70 manata başa gəlir. Daha böyük və çoxsaylı kombi sistemlərində isə qiymət 150-200 manata qədər yüksələ bilər.

Radiatorların düzgün seçilməsi qaz sərfiyyatına da təsir edir

S.Orucov bildirib ki, enerjiyə və qaza qənaət etmək üçün yalnız kombinin deyil, bütövlükdə istilik sisteminin düzgün qurulması vacibdir. Radiatorların sayı və ölçüsü otağın sahəsinə uyğun seçilməlidir.

"İmkan varsa, radiatorun istilikvermə gücünü bir qədər yüksək seçmək daha məqsədəuyğundur. Bu zaman kombi otağı daha rahat qızdırır və təyin edilmiş temperatura daha tez çatır. Nəticədə cihaz fasilələrlə işləyir və enerji sərfiyyatı azalır", - deyə ekspert vurğulayıb.

Mütəxəssis kombinin yuyulmasına və ya texniki baxışa ehtiyac olduğunu göstərən əlamətlərə də diqqət çəkib. Onun sözlərinə görə, kombi 45-50 dərəcə temperaturda işlədiyi halda radiatorlar lazımi qədər qızmırsa, bunun səbəbi istilik xətlərində tıxanma və ya radiatorların düzgün seçilməməsi ola bilər.

"Kombinin tez-tez sönməsi, təzyiqinin aşağı düşməsi və səsli işləməsi də diqqətdən kənarda saxlanılmamalıdır. Səsli işləmənin səbəbi fan və ya digər nasazlıq ola bilər. Təzyiq davamlı aşağı düşürsə, su sızmasının və ya doldurma kranında problemin olub-olmaması yoxlanılmalıdır", - deyə o bildirib.

Seçim edərkən servis imkanları nəzərə alınmalıdır

S.Orucov vətəndaşlara kombi alarkən yalnız qiymət və texniki göstəricilərə deyil, servis imkanlarına və ehtiyat hissələrinin əlçatanlığına da diqqət yetirməyi tövsiyə edib.

"Bəzi kombilərin müəyyən detalları xaricdən gətirilir və onların ölkəyə çatdırılması həftələrlə çəkə bilər. Nəticədə vətəndaş uzun müddət kombisiz qalır və cihazı dəyişmək məcburiyyətində olur. Ona görə kombi seçərkən servis şəbəkəsinin, ehtiyat hissələrinin və peşəkar ustaların mövcudluğunu nəzərə almaq lazımdır", - deyə ekspert vurğulayıb.

O qeyd edib ki, kombi qazla işləyən cihaz olduğundan onun texniki vəziyyətinə laqeyd yanaşmaq olmaz. Qazın yanması, təzyiq və digər göstəricilərlə bağlı problem yarandıqda sistem mütləq mütəxəssis tərəfindən yoxlanılmalıdır.

Qışdan əvvəl qaz təzyiqi də yoxlanılmalıdır

Ekspert qış başlamazdan əvvəl mənzildə qaz və su təzyiqinin də yoxlanılmasını tövsiyə edir. Onun sözlərinə görə, soyuq havalarda eyni binada çoxsaylı kombinin eyni vaxtda işə düşməsi qaz təzyiqi ilə bağlı problemləri daha qabarıq şəkildə üzə çıxara bilər.

"Bəzən problem kombidə deyil, qaz və ya su təzyiqinin zəif olmasında olur. Buna görə qaz xəttində təzyiqi əvvəlcədən yoxlamaq faydalıdır", - deyə S.Orucov bildirib.

O, qaz təzyiqinə nəzarət üçün manometrin olmasının da əhəmiyyətini qeyd edib.

S.Orucov son olaraq vətəndaşlara kombinin qışa hazırlanması üçün təsadüfi ustalara deyil, peşəkar və etibarlı servis xidmətlərinə müraciət etməyi tövsiyə edib. Onun sözlərinə görə, mövsüm başlamazdan əvvəl texniki baxış keçirilməsi qışın ortasında yarana biləcək problemlərin qarşısını almağa kömək edə bilər.

Qapı-pəncərələrin kipliyi enerjiyə qənaətdə önəmlidir

Kommunal məsələlər üzrə ekspert Nüsrət Qasımov da qış aylarında enerjiyə qənaət etmək üçün mənzildə istiliyin qorunmasının vacib olduğunu bildirib. Onun sözlərinə görə, qapı və pəncərələrin kip bağlanmaması istilik itkisinə və nəticədə kombinin daha çox işləməsinə səbəb olur.

"Bəzən vətəndaşlar kombinin temperaturunu aşağı salmaq əvəzinə qapı-pəncərəni açaraq havanı dəyişirlər. Bu, düzgün yanaşma deyil. Otağın havasını dəyişmək lazımdır, amma bunu uzun müddət qapı və pəncərəni açıq saxlamaqla etmək olmaz. İstilik itkisinə yol verməmək üçün qapı və pəncərələrin kipliyinə diqqət edilməlidir", - deyə N.Qasımov bildirib.

Ekspert həmçinin kombi və qaz avadanlıqlarına texniki xidmət göstərilərkən təsadüfi ustalara müraciət edilməməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, qazla işləyən avadanlıqlara müdaxilə yalnız müvafiq peşə hazırlığına və sertifikata malik mütəxəssislər tərəfindən həyata keçirilməlidir.

Zakir Həsənovun şəkil çəkdirdiyi əkizlər kimdir? 

12:47 / 08 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Zakir Həsənovun şəkil çəkdirdiyi əkizlər kimdir? 

339

1
Türkiyə MMN: Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan! 

12:46 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Türkiyə MMN: Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan! 

112

1
Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib 

12:39 / 08 Noyabr 2026

HƏRBİ HƏRBİ

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib 

113

0
Əhaliyə xəbərdarlıq!Qar yağacaq,0-2° şaxta olacaq

12:35 / 08 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Əhaliyə xəbərdarlıq!Qar yağacaq,0-2° şaxta olacaq

668

0
Azərbaycan dövlət başçısı: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür 

12:29 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan dövlət başçısı: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür 

142

1
Dövlət başçısı: Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

12:28 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Dövlət başçısı: Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

137

0
Prezident: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir 

12:27 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir 

123

0
Azərbaycan lideri: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar 

12:22 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan lideri: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar 

126

0
Xankəndidə keçmiş icra hakimiyyətinin binası Zəfər Muzeyi olacaq 

12:17 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Xankəndidə keçmiş icra hakimiyyətinin binası Zəfər Muzeyi olacaq 

125

0
Ali Baş Komandan: Düşmənin beli döyüş meydanında qırıldı 

12:16 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Ali Baş Komandan: Düşmənin beli döyüş meydanında qırıldı 

141

0
Prezident: Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi 

12:14 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident: Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi 

148

0
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb 

12:05 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb 

291

0