Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan lideri: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar 

Azərbaycan lideri: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar 

SİYASƏT

109

08.11.2026, 12:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“O binada (Xankəndidəki keçmiş icra hakimiyyətinin binası) oturanlar - hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar”.

Oxu24.com  xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib.

“Onlar Bakıya tanklarla gəlmək istəyirdilər, Bakıda çay içmək istəyirdilər. Təkəbbürlü bəyanatlar verirdilər, çünki sığınmışdılar bəzilərinin qucağına və hesab edirdilər ki, əbədi işğalçılıq siyasətini aparacaqlar. Biz isə onlara göstərdik kim kimdir”, - deyə dövlət başçısı vurğulayıb.