Qəfil ölümlərin görünməyən TƏHLÜKƏSİ: Beyin anevrizması həyat üçün necə risk yaradır?
27 İyul 2026, 12:59
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
80
27.07.2026, 12:45
Son zamanlar əhali, xüsusən də uşaqlar arasında uzun müddət davam edən öskürək, təngnefəslik və xırıltılı tənəffüs hallarının artması müşahid olunur. Bu cür narahatlıqlar xüsusilə valideynlər arasında ciddi təşvişə və suallara səbəb olur. Ağciyər və bronx xəstəliklərinin vaxtında, dəqiq diaqnostikası düzgün müalicə taktikalarının seçilməsində həlledici rol oynayır. Müasir tibbdə tənəffüs yollarının keçiriciliyini və ağciyərlərin hava tutumunu qiymətləndirmək üçün ən qabaqcıl metodlardan istifadə edilir. "Spirometriya" adlanan bu müayinə metodu tamamilə qeyri-invaziv olması və qısa zamanda dəqiq nəticələr təqdim etməsi ilə fərqlənir. Xüsusilə bronxial astma və digər tənəffüs patologiyalarının təyinində bu testin əvəzsiz rolu vardır. Eyni zamanda müayinədən öncə xəstələrin diqqət yetirməli olduğu vacib tibbi məqamlar mövcuddur. Bütün bu məsələlərə aydınlıq gətirmək üçün mövzu ilə bağlı mütəxəssis rəyini təqdim edirik.
Mövzu ilə bağlı Oxu24.com-a həkim-allerqoloq Dr. Şahvələd Məmmədov məlumat verib.
Mütəxəssis bildirib ki, spirometriya tənəffüs xəstəliklərinin diaqnostikasında və differensial diaqnostikasında tətbiq olunan son müasir, qeyri-invaziv nəfəs testidir:
"Spirometriya spirometr adlanan xüsusi cihazla aparılır. Bu müayinə dərin nəfəsalma və nəfəsvermə zamanı ağciyərlərin hava tutumunu, tənəffüs keçiriciliyinin pozuntularını dəqiqləşdirmək üçün istifadə olunur. Spirometriya testini 5–6 yaşdan yuxarı uşaqlara və bütün yaş qruplarından olan böyüklərə tətbiq etmək mümkündür”.
Dr. Şahvələd Məmmədov son zamanlar uşaqlarda müşahidə olunan tənəffüs problemlərinə də toxunub:
"Son zamanlar insanlarda, xüsusən də erkən yaşlı uşaqlarda nəfəs darlığı, xırıltılı tənəffüs və uzun müddət davam edən öskürəklər artıb ki, bu da valideynləri narahat edir. Valideynlər üçün uşaqlarda bronxial astma və ya astmabənzər hər hansı bronxial patologiyanın olub-olmaması maraqlıdır. Bunun üçün biz spirometriya müayinəsini məsləhət görürük”.
Həkim-allerqoloq müayinəyə gələcək pasiyentlərə vacib xəbərdarlıq da edib:
"Spirometriya testinə gəlməzdən ən azı 3 gün qabaq heç bir bronxodilatatorlardan, aerozollardan və müvafiq dərmanlardan istifadə etmək məsləhət görülmür. Müayinəyə gələn zaman nəticələrin tam dəqiq alınması üçün bu cür aerozol və dərman vasitələrindən istifadə olunmaması xüsusilə tövsiyə edilir”.
14:34 / 27 İyul 2026
32
14:28 / 27 İyul 2026
41
14:04 / 27 İyul 2026
60
13:59 / 27 İyul 2026
65
13:55 / 27 İyul 2026
57
13:50 / 27 İyul 2026
64
13:47 / 27 İyul 2026
53
13:40 / 27 İyul 2026
68
13:30 / 27 İyul 2026
70
13:15 / 27 İyul 2026
72
12:59 / 27 İyul 2026
77
12:45 / 27 İyul 2026
69
12:38 / 27 İyul 2026
81
12:30 / 27 İyul 2026
63
12:29 / 27 İyul 2026
69
12:25 / 27 İyul 2026
70
12:21 / 27 İyul 2026
67
12:15 / 27 İyul 2026
74
11:55 / 27 İyul 2026
79
11:52 / 27 İyul 2026
77
11:35 / 27 İyul 2026
63
11:35 / 27 İyul 2026
90
11:14 / 27 İyul 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.