Qarpızların gizli təhlükəsi
25 İyul 2026, 10:59
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
262
17.07.2026, 15:28
Həkimlər yay aylarında müşahidə olunan yüksək temperaturun ürək-damar sistemi üçün ciddi təhlükə yaratdığını bildirərək, xüsusilə risk qrupuna daxil olan şəxsləri ehtiyatlı olmağa çağırırlar.
Oxu24.com xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, havanın temperaturu 30 dərəcəni keçdikdə orqanizm bədən istiliyini tənzimləmək üçün daha çox çalışır. Bu zaman ürək daha intensiv fəaliyyət göstərir, qan damarları genişlənir və ürəyə düşən yük artır. Nəticədə infarkt və digər ürək-damar problemlərinin yaranma riski yüksəlir.
Həkimlər xüsusilə ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslərə günəş şüalarının ən güclü olduğu saatlarda çölə çıxmamağı, fiziki yüklənmədən çəkinməyi və kölgəlikdə qalmağı tövsiyə edirlər.
Mütəxəssislər isti havalarda qidalanmanın da böyük əhəmiyyət daşıdığını vurğulayırlar. Ağır və yağlı qidaların ürəyə əlavə yük yaratdığı, daha yüngül və balanslı qidalanmanın isə sağlamlıq baxımından daha faydalı olduğu qeyd edilir.
Bununla yanaşı, orqanizmdə maye və elektrolit itkisini kompensasiya etmək üçün kifayət qədər su qəbulunun vacibliyi diqqətə çatdırılır. Həkimlər bildirirlər ki, tibbi məhdudiyyət olmadığı halda gün ərzində ən azı 2,5 litr su içilməsi tövsiyə olunur. Ayran kimi elektrolit balansını dəstəkləyən içkilər faydalı hesab edilsə də, şəkərli və qazlı içkilər, eləcə də qəhvə və çay suyun yerini tam əvəz etmir.
Mütəxəssislər qeyd edirlər ki, sinə ağrısı, nəfəs darlığı, başgicəllənmə, ürəkdöyünmə və ya huşun itməsi kimi əlamətlər müşahidə olunarsa, vaxt itirmədən tibbi yardım üçün müraciət etmək lazımdır. Həkimlərin fikrincə, yay aylarında sadə ehtiyat tədbirlərinə əməl etmək ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azalda bilər.
22:47 / 26 İyul 2026
1
22:27 / 26 İyul 2026
19
22:06 / 26 İyul 2026
51
20:35 / 26 İyul 2026
52
20:15 / 26 İyul 2026
74
19:42 / 26 İyul 2026
77
19:09 / 26 İyul 2026
80
19:09 / 26 İyul 2026
90
18:54 / 26 İyul 2026
103
18:53 / 26 İyul 2026
107
18:05 / 26 İyul 2026
101
13:40 / 26 İyul 2026
155
13:25 / 26 İyul 2026
144
12:55 / 26 İyul 2026
219
12:35 / 26 İyul 2026
170
12:30 / 26 İyul 2026
317
12:23 / 26 İyul 2026
1165
12:15 / 26 İyul 2026
149
12:00 / 26 İyul 2026
118
11:35 / 26 İyul 2026
809
11:30 / 26 İyul 2026
158
11:21 / 26 İyul 2026
213
11:13 / 26 İyul 2026
143
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.