Sümük şişləri necə aşkarlanır? – Mütəxəssis açıqladı
10 İyul 2026, 16:25
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
73
10.07.2026, 15:32
Bağırsaq xərçəngi diaqnozu alan xəstələrin ən böyük narahatlıqlarından biri də xəstəliyin digər orqanlara yayılması, yəni metastaz verməsi ilə bağlıdır. Bir çox insan metastaz sözünü eşidən kimi müalicənin artıq mümkünsüz olduğunu düşünür. Halbuki mütəxəssislər bildirirlər ki, bu fikir hər zaman doğru deyil və hər bir xəstə fərdi şəkildə qiymətləndirilməlidir.
Oxu24.com-a açıqlama verən cərrah Lalə İsmayılova bildirib ki, bağırsaq xərçəngində metastazın olması avtomatik olaraq müalicə şansının tükəndiyi anlamına gəlmir.
Onun sözlərinə görə, ilk növbədə metastazın hansı orqanda yerləşdiyi müəyyən edilməlidir.
“Metastazın harada yerləşməsi müalicə planının hazırlanmasında əsas rol oynayır. Məsələn, qara ciyərdə, ağciyərdə, limfa düyünlərində və ya digər orqanlarda olması fərqli yanaşma tələb edir. Hər orqanın öz xüsusiyyətləri və müalicə imkanları var”, – deyə Lalə İsmayılova bildirib.
Cərrah qeyd edib ki, metastazın sayı da son dərəcə vacib göstəricilərdən biridir.
“Tək sayda metastazla çoxsaylı metastaz arasında böyük fərq var. Bəzi hallarda yalnız bir və ya bir neçə ocaq aşkar edilir və onların cərrahi yolla çıxarılması mümkün olur. Digər hallarda isə yayılmanın genişliyi fərqli müalicə strategiyası tələb edir”, – deyə o vurğulayıb.
Lalə İsmayılovanın sözlərinə görə, növbəti mühüm məqam metastatik ocaqların əməliyyatla götürülməsinin mümkün olub-olmamasıdır.
“Əgər metastazlar cərrahi müdaxilə üçün uyğundursa və xəstənin ümumi vəziyyəti buna imkan verirsə, həm əsas şiş, həm də metastatik ocaqlar üzərində əməliyyat aparmaq mümkündür. Bu qərar yalnız cərrah tərəfindən deyil, multidissiplinar həkim komandası tərəfindən qəbul edilir”, – deyə o bildirib.
Mütəxəssis əlavə edib ki, müalicənin planlaşdırılmasında kimyaterapiyanın effektivliyi də əsas meyarlardan biridir.
“Şişin kimyaterapiyaya necə cavab verməsi böyük əhəmiyyət daşıyır. Bəzi xəstələrdə kimyaterapiya nəticəsində metastazların ölçüsü kiçilir, bəzən isə tamamilə nəzarət altına alınır. Bu da sonradan cərrahi müdaxilənin mümkün olmasına şərait yaradır”, – deyə cərrah qeyd edib.
Lalə İsmayılova bildirib ki, müasir tibbin imkanları əvvəlki illərlə müqayisədə xeyli genişlənib və metastatik bağırsaq xərçəngi olan bir çox xəstədə uğurlu nəticələr əldə edilir.
“Bu gün bağırsaq xərçəngi digər orqanlara metastaz verməsinə baxmayaraq uğurla əməliyyat olunan və uzun illər sağlam həyat yaşayan xəstələrimiz var. Hətta bəzi hallarda tam sağalma əldə etmək də mümkündür. Bunun üçün xəstənin vəziyyətinin düzgün qiymətləndirilməsi və müasir müalicə üsullarının vaxtında tətbiqi vacibdir”, – deyə o bildirib.
Cərrahın sözlərinə görə, metastaz diaqnozu qoyulan kimi ümidsizliyə qapılmaq düzgün yanaşma deyil.
“Metastaz son demək deyil. Əsas məsələ vaxt itirmədən bütün zəruri müayinələri aparmaq, xəstəliyin yayılma səviyyəsini dəqiq müəyyənləşdirmək və ən uyğun müalicə taktikasını seçməkdir. Müasir onkologiyada hər bir xəstə fərdi şəkildə qiymətləndirilir və buna uyğun müalicə planı hazırlanır”, – deyə Lalə İsmayılova vurğulayıb.
O, sonda vətəndaşlara tövsiyə edib ki, bağırsaq xərçəngi ilə bağlı erkən diaqnostikaya xüsusi diqqət yetirsinlər. Onun sözlərinə görə, vaxtında aşkar edilən xəstəlikdə həm əməliyyatın uğur faizi, həm də tam sağalma ehtimalı daha yüksək olur. Həmçinin metastaz aşkar edildikdə belə, müalicədən imtina etmək və ya ümidsizliyə qapılmaq əvəzinə, mütləq ixtisaslaşmış onkoloji mərkəzlərdə müayinə və müalicəyə başlanmalıdır.
Jalə
17:06 / 10 İyul 2026
6
17:00 / 10 İyul 2026
20
16:47 / 10 İyul 2026
30
16:29 / 10 İyul 2026
43
16:25 / 10 İyul 2026
51
16:23 / 10 İyul 2026
52
16:19 / 10 İyul 2026
44
16:15 / 10 İyul 2026
61
16:10 / 10 İyul 2026
53
16:07 / 10 İyul 2026
52
15:54 / 10 İyul 2026
67
15:41 / 10 İyul 2026
63
15:29 / 10 İyul 2026
68
15:26 / 10 İyul 2026
64
15:24 / 10 İyul 2026
64
15:15 / 10 İyul 2026
65
14:53 / 10 İyul 2026
71
14:49 / 10 İyul 2026
82
14:35 / 10 İyul 2026
83
14:30 / 10 İyul 2026
77
14:26 / 10 İyul 2026
76
14:18 / 10 İyul 2026
79
13:53 / 10 İyul 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.